А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Ermənistanda seçkilər öncəsi vəziyyət gərginləşir - ŞƏRH

18.09.18 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 122 | Yazar: Celilova |
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ermənistanın daxili siyasətində hökm sürən siyasi böhran getdikcə daha da dərinləşir. Məlum olduğu kimi, sentyabrın 23-də İrəvanda bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur. Nikol Paşinyan hakimiyyətini qəbul edə bilməyən Ermənistan Respublikaçılar Partiyası (RP) seçkiləri boykot etməyi planlaşdırır. Bu səbəbdən RP-nin sədrləri və məntəqə seçki komissiyalarının katibləri işi boykot edəcəklər və seçki prosesində ən azı bir müddət iştirak etməyərək seçki məntəqələrinə getməyəcəklər. Məqsəd seçkiləri etibarsızlaşdırmaqdır. Çünki bu müddət ərzində Mərkəzi Seçki Komissiyası mövcud olmayan üzvü əvəz edə bilməyəcək və seçkilər etibarsız sayılacaq. Qeyd edim ki, məntəqə seçki komissiyalarında RP-nin nümayəndələrinin sayı 262-dir. 

Digər tərəfdən, Ermənistanın Respublikaçı Partiyasının millət vəkili Qalust Sahakyan 13 sentyabr tarixində jurnalistlərlə söhbətində Ermənistanda repressiyaların başladığını bildirib. Həmçinin RP-nin nümayəndə üzvləri olan Eduard Şarmazanov və Armen Aşotyan Nikol Paşinyana qarşı sərt açıqlamalar səsləndirməyə davam edirlər. Digər tərəfdən, Ermənistanda İrəvan bələdiyyə seçkilərinin yaxınlaşdığı bir vaxtda "Çiçəklənən Ermənistan” partiyasının nümayəndələri hökumətə qarşı sərt tənqidlər səsləndirməyə başlayıb. "Çiçəklənən Ermənistan” partiyasının İrəvan meri vəzifəsinə namizədi Naira Zöhrabyan səsləndirib. Zöhrabyan hökumətin mer vəzifəsinə əsas namizədi olan Hayk Marutyanın İrəvana biznes layihəsi kimi yanaşdığını bildirib: "Paytaxt onlar üçün "İrəvan prodakşn” adlı biznes layihədən başqa bir şey deyil. Əgər onlar Ermənistanı vətən kimi qəbul edirlərsə, Avropada 6-7 ev almaq əvəzinə burada məskunlaşardılar”.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Teletənqidçilər TV-ləri nişan aldı
227 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.