Deputat vətəndaşları qəbul edib

Millət vəkili Vahid Əhmədov Quba rayonunda yerləşən ofisində seçiciləri ilə görüşüb.
Melumat-merkezi.az xəbər verir ki, görülmüş və gələcək üçün planlaşdırılan işlərdən danışan deputat görüşə gəlmiş sakinlərin çoxsaylı suallarınıda cavablandırıb.
Görüşdən sonra qəbula yazılmış 57 seçici deputat tərəfindən təkbətək qəbul edilib. Qəbulda qonşu Xaçmaz və Qusar rayonundan olan vətəndaşlar da iştirak edib. Qəbul zamanı sakinlər bank kreditləri, işədüzəlmə, əlilliyin təyin olunması, ev tikintisi üçün torpaq sahələrinin ayrılması, ailə məişət problemləri və s. məsələlər ətrafında deputata müraciət ediblər. Bütün məsələlər diqqətlədə dinlənilib, qeydiyyata alınaraq həlli üçün müvafiq qərarlar qəbul edilib. "Unibank"la kredit problemləri olan Qubadlı rayonundan olan məcburi köçkün Ə.Əliyev və N.Paşayevanın müraciəti əsasında deputatın operativ müdaxiləsindən sonra uzun müddət öz həllini tapmayan problem həll edilmiş, kredit borcuna görə sentyabrın 25-də mənzilində çıxarılması barəsində məhkəmə qərarının icrası dayandırılmış, ailəyə böyük sevinc gətirib. Bu problemin həlli ilə bağlı deputatın müraciətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının İcraçı direktoru İbrahim Alışovovun xüsusi həssaslıqla yanaşdıqlarını və sonda hər iki tərəfi qane edən qərar qəbul edilib.
Qəbuldan sonra Quba rayon İcra Hakimiyyətində olan millət vəkili icra başçısı Ziyəddin Əliyevlə görüşüb, rayonda geniş vüsət almış quruculuq və tikinti işləri ilə yaxından tanış olub.
Qeyd edilib ki, növbəti qəbul oktyabrda aparılacaq.
(səs: 0)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanda pul bazasının həcmi kəskin artıb
03.04.21 | Son Xəbər » İqtisadiyyat
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
27.03.21 | Son Xəbər » Xarici xəbərlər
Neftçi İK Ağsu komandası qələbə qazandı
22.02.21 | İdman
İnsanlara inteqrativ tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
22.02.21 | Xəbər Lenti
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
19.01.21 | İqtisadiyyat
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət