А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“Bizdə xaricdən pul alıb Qarabağ məsələsində insanları qorxudan QHT-lər var”

29.09.18 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 15 | Yazar: Admin |
“Bizdə xaricdən pul alıb Qarabağ məsələsində insanları qorxudan QHT-lər var”
 
 
 
 
 
 
 
 
 
 
 Son vaxtlar Qarabağın hərbi yolla azad edilməsi ilə bağlı çağırışların sayı artmaqdadır. Bəs mövcud geosiyasi durum, beynəlxalq və regional vəziyyət belə bir müharibə üçün nə dərəcədə əlverişlidir?

Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə müharibənin Azərbaycan üçün yeganə çıxış yolu olduğunu qeyd etdi:

"Qarabağ probleminin həllinin müharibədən başqa yolu yoxdur. Tarixə baxın, görün hardasa, nə zamansa hərbi yolla işğal edilən torpaqların sülıh yolu ilə qaytarılması praktikası varmı? Belə bri şey olmayıb.

BMT-nin nizamnaməsi var və bu nizamnamənin 51-ci maddəsinə uyğun olaraq təcavüzə məruz qalmış dövlət bütün üsullardan istifadə edərək öz torpaqların işğaldan azad etmək hüququna malikdir. Bizdə bəzu QHT-lər var ki, xaricdən pul alırlar ki, insanları qorxutsunlar. Bildirirlər ki, guya müharibə olsa, bizdə Gürcüstan variantı ola bilər. Bu, yalandır. Bu, bilərəkdən səsləndirilən fikirlərdir. Bizdə heç bir Gürcüstan variantı ola bilməz. Gürcüstana bu ölkənin öz xahişi ilə BMT Şurasının mandatına uyğun olaraq ora sülhməramlı qüvvələr yeridilmişdi. Sülhməramlı qüvvələr olan yerdə hər hansı hərbi münaqişə olarsa, bu, sülhməramlı qüvvələr missiyasını həyata keçirən dövlətlərə qarşı təcavüz kimi qiymətləndirilir və bu təcavüzə cavab olaraq həmin ölkələr və ya ölkə müharibəni başlayan ölkənin "ağzından vura” bilər. Allaha şükür ki, bizim ərazimizdə sülhməramlı qüvvələr yoxdur. Allah Heydər Əliyevə rəhmət eləsin. Bizim tam ixtiyarımız var ki, müharibə yolu ilə torpaqlarımızı azad edək”.

 

Seymur ƏLİYEV

 
 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.