А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Rusiya İsraillə nə edəcək?

29.09.18 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 18 | Yazar: Admin |
Rusiya İsraillə nə edəcək?
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 Suriya səmasında Rusiyaya məxsus Il-20 təyyarəsinin vurulmasından sonra ictimaiyyət arasında Rusiya-İsrail munasibətləri haqqında bəzi suallar ortaya çıxıb.

Birinci sualRusiya-İsrail münasibətləri bundan sonra necə inkişaf edəcək?

İkinci sual: Rusiya son hadisədən sonra Suriya səmasında İsrail təyyarələrinə təhlükə yaradacaqmı?

Əslində Rusiya Müdafiə Nazirliyinin generallarının verdikləri açıqlama iki ölkə arasında böhran ehtimalını gündəmə gətirir. Xatırladım ki, Türkiyə ilə Rusiya arasındakı böhranda Rusiyaya aid hərbi təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra olmuşdu. Və onu da qeyd edim ki, Rusiya – Türkiyə böhranı kimi, Rusiya - İsrail böhranı da ölkəmizin maraqlarına cavab vermirl.

Son hadisədən sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyaya hava hücumundan müdafiə üçün S-300 raketləri verəcəklərini açıqladı. Rusiya bundan əvvəl İsrailin tələbi ilə bu raketləri Suriyaya verməkdən imtina etmişdi. Rusiya artıq İsrailin maraqlarını nəzərə almır. Bu isə iki ölkə arasındakı diplomatik bağların əvvəlki qədər sağlam olmadığının və son hadisənin aradakı güvəni sarsdığının sübutudur.

S-300 raketlərinin İsrail hava qüvvələrinə təhlükə yaradacağı hər iki tərəfə məlumdur. İsrailin müdafiə naziri Aviqdor Liberman son açıqlamasında deyib ki, S-300 yox istəyir S-700 olsun bizə təhlükə yaratdığı təqdirdəSuriya ərazisindəki istənilən məntəqəni məhv edərik. Bu da gələcəkdə iki ölkə arasındakı böhranın daha mürəkkəb vəziyyətə çatacağına işarədir.

Bütün bu olanlara baxmayaraq Rusiya dövlət başçısı Vladimir Putin məsələyə qarşı soyuqluğunu hələ də qoruyur. Yəgin ki, dövlət başçısı Rusiyada yaşayan və Rusiya iqtisadiyyatına milyonlarla hətta milyardlarla sərmayə yatıran yəhudi iş adamlarını düşünərək çox da sərt mövqedən çıxış etmir. Ancaq loru dildə desək İsrailə üz də vermir. Putinin təyyarə qəzasında İsrailin günahı olmadığını sübut etmək üçün Moskvaya gələn İsrail nümayəndələrini qəbul etməməsi bu qənaətə gəlmək üçün kifayətdir. Vladimir Putin İsrail ilə əlaqələri bir dəfəlik kəsmədiyi kimi, zənnimcə İsrailin dünyada özbaşına bir dövlət olmadığını da sübut etməyə çalışır. Və eyni zamanda burdan Amerikaya da sətiraltı bir mesaj görmək olar. Fikrimcə, Putin Amerikaya onu deməyə çalışır ki, İsrail nə qədər bölgədə güclü dövlət olsa da, bizim qarşımızda acizdir. İsrail isə ABŞ-ın bölgədə əsas strateji müttəfiqidir. İsrailin düşmənləri avtomatik Amerikanın düşmənləri sayılır. Odur ki, Kremlin Amerika ilə yanaşı İsraillə də düşmənçiliyə başlaması Rusiyaya yaxşı heç nə vəd etmir.

 

Kənan Paşayev,

Qərbi Kaspi Universiteti Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı

 
 
 
 
 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.