А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Məktəbəhazırlıq qruplarına qeydiyyatın vaxtı uzadılıb

03.10.18 | Bölmə: Təhsil | Baxış: 75 | Yazar: Celilova |
Məktəbəhazırlıq qruplarına qeydiyyatın vaxtı uzadılıb
 
 
 
 
 
 
 
 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi oktyabrın 15-dək uzadılıb.

İdarədən Melumat-merkezi.az-a verilən məlumata görə, üzrlü səbəbdən (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) övladını qeydiyyatdan keçirə bilməyən valideynlər bu müddət ərzində www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə oktyabrın 16-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin)www.mektebeqebul.edu.az saytında yaradılmış "Şəxsi Kabinet”indən çap olunmuş "Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.

Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb. 2019-2020-ci tədris ilində isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Aİİ-də “İslam arxeologiyası” mövzusunda seminar keçirilib
Azərbaycanda inşa olunan ilk tanker suya salınd
Sumqayıtda avtobus binaya çırpıldı
Cənubi Qafqazın ən güclü xanımının iki ildə gördüyü işlər
Bu şəxslər üçün Prezident təqaüdü artırıldı
Vergi ombudsmanı nə iş görəcək?
Real TV respublika yayımçısı ola bilər
İlham Əliyev Ağdamda avtomobil yolunun tikintisinə 2,3 milyon manat ayırıb
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR!
Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ
Tikinti ilə bağlı qaydalar dəyişir - 15 gün ərzində...
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu - Rob Sobhani
6 dərəcə şaxta, güclü külək olacaq
20 günün qəza statistikası: 29 ölü
IOTA-nın icraçı katibi “ASAN xidmət”də
Prezident sərəncam imzaladı
Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un talismanları təqdim edilib
Nohur balıqçılığı ilə bağlı suallar cavablandırıldı
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırılıb
Azərbaycanda yeni zəli növləri aşkar edildi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.