А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Təhlükəli zərərvericilərə qarşı mübarizə davam edir...

03.10.18 | Bölmə: İqtisadiyyat | Baxış: 16 | Yazar: Celilova |
Təhlükəli zərərvericilərə qarşı mübarizə davam edir...
 
 
 
 
 
 
 
 
 

Tovuz rayonu ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Melumat-merkezi.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən rayon ərazisində zərərvericilərə qarşı 317 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 92 hektar sahənin Tut qalxanlı yastıcası,18 hektar sahənin isə Yaponiya yalançı qalxanlı mumlu yastıcası ilə sirayətləndiyi müəyyən edilib.

Tovuz rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat sahibləri tərəfindən Tut qalxanlı yastıcasına qarşı 3 hektar sahədə, Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı isə 6 hektar sahədə kimyəvi mübarizə aparılıb. Mübarizə tədbirlərində Siperpol (1,0-1l/ha), Desis (0.5-1l/ha) və Bi-58 (1-2.5l/ha) kimyəvi prepararlarından istifadə edilib.

Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı karantin tədbirlərinə düzgün əməl edilməli, yastıca yayılmış rayonlardan başqa rayonlara tunglərin və calaq üçün çubuqların göndərilməsinə yol verilməməlidir. Zərərverici ilə sirayətlənmiş bağlarda sentyabr-oktyabr aylarında  yarpaqlar, qurumuş budaqlar və bitki qalıqları sahədən kənarda toplanaraq yandırılmalıdır.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.