А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azay Quliyev ATƏT PA-da təklif verdi: Yeni təşkilat yaradılsın

04.10.18 | Bölmə: Siyasət | Baxış: 18 | Yazar: Celilova |
Azay Quliyev ATƏT PA-da təklif verdi: Yeni təşkilat yaradılsın
 
 
 
 
 
 
 ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev qurumun Bişkekdə keçirilən payız sessiyasında çıxış edib.

Melumat-merkezi.az xəbər verir ki, A.Quliyev Mərkəzi Asiyada regional əməkdaşlığın daha da genişləndirilməsi yollarına toxunub.

Vitse-prezident, həmçinin parlament əməkdaşlığı sahəsində səmərəli platforma kimi Mərkəzi Asiya Parlament Assambleyasının yaradılması təklifini irəli sürüb.

Qeyd edək ki, ATƏT PA-nın payız sessiyası oktyabrın 3-də Bişkekdə öz işinə başlayıb. A.Quliyev və millət vəkili Tahir Mirkişili sessiyada iştirak edirlər.

Bişkekdə 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhdidlərə qarşı mübarizə, Aralıq Dənizi Forumu və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının gücləndirilməsi barədə məsələlər müzakirə edilir.

Sessiya çərçivəsində A.Quliyevin sədri olduğu İpək Yolu Dəstək Qrupunun iclası da keçiriləcək.

 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.