А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycan Rusiyada logistika mərkəzləri yaradır

05.10.18 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 24 | Yazar: Celilova |
Azərbaycan Rusiyada logistika mərkəzləri yaradır
 
 
 
 
 
 
 
 
 

Rusiya və Azərbaycan Stavropol diyarında logistika mərkəzlərinin yaradılması üzrə layihənin reallaşdırılmasına başlayır.

Melumat-merkezi.az xəbər verir ki, bunu Trend-ə Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.

O.Ruhullayevanın sözlərinə görə, Rusiyanın bu regionu Azərbaycana taxılın ən əsas tədarükçülərindəndir:

"Azərbaycan tərəfi fasiləsiz taxıl tədarükünün təmin olunması üçün şəraitin yaradılmasında maraqlıdır. Azərbaycan şirkətləri həmçinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və emalı üçün müəssisələrin yaradılması üzrə layihələrə böyük maraq göstərir. Hazırda Azərbaycan Rusiyanın 70-dən çox regionu ilə əməkdaşlıq edir. Ən yaxşı işgüzar münasibətlər Dağıstan və Stavropol diyarı ilə qurulub”.

 

Nazir müavini qeyd edib ki, Krasnodarda çay fabriki kimi birgə layihələr reallaşdırılıb.

O.Ruhullayeva əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi məqsədi ilə çoxtərəfli formatda qarşılıqlı əməkdaşlığın bir neçə variantı mövcuddur:

"Bunlardan biri MDB azad ticarət zonasında əməkdaşlığın genişləndirilməsi və daha sonra Azərbaycanın Gömrük İttifaqının azad ticarət zonasının imkanlarına qoşulmasıdır. Şübhəsiz ki, bu, maraqlı istiqamətlərdir, danışıqlar gedir, tərəflər kompromis axtarır. Azad iqtisadi zonalar gömrük və sərhəd prosedurlarının sadələşdirilməsini nəzərdə tutur, bəzi məhsullar rüsumlardan azad edilə bilər”.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.