А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“Excelsior Hotel & Spa Baku” oteli yeni xidmət təqdim edib (FOTO)

10.10.18 | Bölmə: Cəmiyyət | Baxış: 156 | Yazar: Celilova |
“Excelsior Hotel & Spa Baku” oteli yeni xidmət təqdim edib (FOTO)
 
 
 
 
 
 
 
 

"Excelsior Hotel & Spa Baku” otelinin "Belveder” restoranı 1 oktyabr tarixindən qonaqlara şam yeməyi açıq bufeti təşkil etməyə başlayıb. Şam yeməyi menyusu hər gün dəyişilir və müxtəlif çeşidlərdən ibarətdir. Bir nəfər üçün 19 manata təklif edilən menyuda yerli və Avropa mətbəxinin yeməkləri təqdim edilir. Müxtəlif isti yeməklər, sup, suşi, 24 çeşid salat, 14 çeşid desert, meyvə çay, kofe, təbii şirələri daxildir. Oteldə qalan qonaqlar, həmçinin kənardan gələn qonaqlar şam yeməyi açıq bufetin xidmətlərindən istifadə edirlər. Şam yeməyi açıq bufet həftə içi 5 gün saat 19.00-22.00-a qədər qonaqların xidmətində olur.

"Excelsior Hotel & Spa Baku” otelinin satış və marketinq üzrə direktoru İlkin Rüstəmov bildirib ki, otel qonaqların tövsiyyələrini daim diqqət mərkəzində saxlayır və öz xidmətlərni daima inkişaf etdirmək üçün mənbə olaraq qəbul edir. Otelinin qonaqlarının təklifləri əsasında yeni şam yeməyi açıq bufeti xidməti fəaliyyətə başlayıb. Həmçinin, "Belveder” restoranı qonaqlara həftə içi 5 iş gün, saat 12:00-15:00-dək olan müddətdə bir nəfər üçün 14 AZN təşkil edən biznes nahar açıq bufet xidməti göstərir. Qonaqların otelə rahat gəlib-getməsi üçün 17 nəfərlik mikroavtobus işləyir. "Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında "Excelsior Hotel & Spa Baku” otelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından "Excelsior Hotel & Spa Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Excelsior Otel müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən möhtəşəm 5 ulduzlu oteldir. Otel, ənənə və yenilikləri müasir dəbdəbə və qədimilik çalarlarıyla birləşdirir. Otel klassik memarlıqla müasir dizayn elementlərinin vəhdətini təcəssüm etdirir. O, özünəməxsus atmosferi, fərqli xidməti və müasir texnologiyaları ilə Bakının yenilikçi butik otelidir. "Excelsior Hotel & Spa Baku” oteli 1 "İmperial” lüks, 2 "Royal” lüks, 4 "Crown” lüks, 45 "Heritage” deluks, 9 "Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar və "Aura” sağlamlıq mərkəzindən ibarətdir.


“Excelsior Hotel & Spa Baku” oteli yeni xidmət təqdim edib (FOTO)
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Sosial mənzillərlə bağlı ŞOK TƏKLİF: Evi olmayanlar...
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı
Çimərlik mövsümünün qurbanları - Bu il 47 nəfər ölüb
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Bu gün 4 rayonda qaz olmayacaq
Dövlət Miqrasiya Xidmətinin rəisindən tələbələr üçün maraqlı təklif
Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Millət vəkili Rüfət Quliyev Ukrayna və Azərbaycan arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə fəxri diplomla təltif olunub
Maştaga qəsəbəsində
İcra başçısı Ağcabədidə Füzulidən olan məcburi köçkünlərlə görüşüb
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb
Bu il 124 nəfər dərmandan zəhərlənib
Bakının “ən xəstə” rayonları bəlli oldu - SİYAHI
Bakı polisi yeni dərs ilinin başlaması ilə bağlı tədbirə başladı
Özünüməşğulluq proqramı üzrə yeni peşəkar təlimçilər hazırlanır
Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.