А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

İlham Əliyev: Qanunsuz tikililərə son qoyulmalı, mövcud qaydaları pozanlar məsuliyyətə cəlb edilməlidir

10.10.18 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 31 | Yazar: Celilova |
İlham Əliyev: Qanunsuz tikililərə son qoyulmalı, mövcud qaydaları pozanlar məsuliyyətə cəlb edilməlidir
 
 
 
 
 
 
 
 
Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz.

Melumat-merkezi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident çıxışında qanunsuz tikililərdən böyük qazanc əldə edildiyini, buna son qoyulduğunu və artıq müvafiq Sərəncam imzalandığını nəzərə çatdırıb. Bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.

Dövlət başçısı, həmçinin qeyd edib ki, bu sahədə ictimai nəzarət güclü olmalı, vətəndaşlar qanunsuz tikililərə rast gəldikləri halda ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına məlumat verməlidirlər.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.