А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

“Kupça”sız evlərdən vergi yığılmasına - RƏSMİ CAVAB

17.10.18 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 326 | Yazar: Celilova |
“Kupça”sız evlərdən vergi yığılmasına - RƏSMİ CAVAB
 
 
 
 
 
 
 

Azərbaycanda bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi ("kupça”) olmayan fərdi evlərin sakinlərinə müraciət edərək, onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər.

Melumat-merkezi.az xəbər verir ki, vətəndaşlara bələdiyyələr tərəfindən təqdim edilmiş tədiyyə bildirişlərində hətta bu da xüsusi qeyd edilir ki, vergini müəyyən edilmiş müddətdə ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək.

Bununla, bələdiyyələr vətəndaşları həmin vergilərin onlar tərəfindən qanunauyğun şəkildə toplanıldığına inandırmaq istəyirlər.

Lakin məlum olub ki, bələdiyyələrin vergi ödənişi ilə bağlı etdikləri bu tələb qanunauyğun deyil.

Məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Vergilər Nazirliyi xüsusi mülkiyyəti təsdiq edən sənədi olmayan fərdi evlərə görə əmlak və torpaq vergisinin toplanılmasının düzgün olub-olmadığına aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə), əmlak vergisi ödəyirlər.

Nazirlik "xüsusi mülkiyyətdə olan binalar”ın hansı binalara şamil olunduğunu da açıqlayıb.

Bildirilib ki, əgər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyəti təsdiq edən sənədi yoxdursa, o zaman həmin binaya əmlak vergisi hesablanmamalıdır:

"Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir. Qanunvericilikdə "kupça”sı olmayan evlərə görə əmlak vergisi nəzərdə tutulmayıb. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə istinad edə bilərlər. Həmin maddəyə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır”.

Nazirlikdən qeyd edilib ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 12.1-ci bəndində də "xüsusi mülkiyyət” anlayışı dəqiqləşdirilib. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir:

"Ona görə də Dövlət Reyestr Xidmətindən çıxarış olmadıqda, həmin mülk xüsusi mülkiyyətdə olan əmlak sayılmır və onun üçün əmlak vergisi hesablanmır”.

Sənədi olmayan həyətyanı sahələr üçün bələdiyyələr tərəfindən torpaq vergisinin toplanılmasına gəldikdə, Vergilər Nazirliyindən bildirilib ki, qanunvericiliyə görə, fiziki şəxslərin və müəssisələrin Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır:

"Vətəndaşın evinin mülkiyyəti təsdiq edən sənədi olmaya bilər, amma həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir. Məsələn, Sumqayıtda olan və 10 min kvadrat metrədək torpaqların hər 100 kvadrat metrinə (1 sot) görə 50 qəpik, 10 min kvadrat metrdən artıq olan torpaqların hər 100 kvadrat metrinə görə 1 manat torpaq vergisi hesablanır. Əgər torpaq 3 sotdursa, onda vətəndaş 1 manat 50 qəpik torpaq vergisi ödəməlidir”.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda pul bazasının həcmi kəskin artıb
“Ermənilərin 31 mart milli-ideoloji terroru” adlı tədbir keçirilib (FOTO)
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - 72 saat ərzində...
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
Haber Global”: Peyvənd bölgüsündə Azərbaycana qarşı ədalətsizlik 10:04 27.03.2021
Azərbaycanda neçə nəfər COVID-19 əleyhinə vaksinasiya olunub?
Koronavirus laboratoriyada hazırlanıb?
Neftçi İK Ağsu komandası qələbə qazandı
İnsanlara inteqrativ  tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.