А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Sərgilər daha çox təşkil edilsə, gənc rəssamlar daha çox həvəslənər.

19.10.18 | Bölmə: Mədəniyyət | Baxış: 31 | Yazar: Bakixeber |
Sərgilər daha çox təşkil edilsə, gənc rəssamlar daha çox həvəslənər.
 

"Qobelen” sənəti Azərbaycanda rəssamlığın az tanınan qollarından biridir. Bu sənət insanlar tərəfindən çətin qəbul olunduğu üçün ölkəmizdə elə də çox inkişaf etməyib. 

Bu sənətin azsaylı üzvlərindən olan gənc rəssam Vəfa Şükürova Xəzərİnfo–un əməkdaşı ilə söhbətində maraqlı məqamlar açıqlayıb:

- Özünüzü bir cümlə ilə ifadə edin:

- Şən, həyatsever eyni zamanda duyğusal insan ;)

- Zəhmət olmasa özünüz haqqınızda məlumat verin...

- Vəfa Şükürova, 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tətbiqi sənət (Qobelen - Bədii toxuculuq) fakültəsinin məzunuyam.

- Qobelen haqqında qısa məlumat verərdiniz zəhmət olmasa.

- Qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir. XII əsrdə ərəblər tərəfindən inkişaf etdirilib və tədricən bir çox Şərq ölkələrinə yayılıb.

- Sizcə qobelen sənəti bizdə yetərincə inkişaf edib?

- Bir sənət olaraq inkişaf edib və imkanları çoxdu. Qobelenlə məşğul olan hər kəs gözəl işlər ortaya çıxarır, amma heyf ki, bu sənət çox az kütlə tərəfindən tanınır və dərk edilir.

- Hazırda nə işlə məşğul olursuz?

- Hazırda beynimdə yığılıb qalan ideyalarımı reallaşdırmağa çalışıram. Sırf qobelenlə deyil, rəssamlığın bütün sahələrində özümü inkişaf etdirməyi arzulayıram.

- Yaradıcılıqda sizə kim dəsək olub? Ailənizdə rəssamlıqla məşğul olan kimsə var?

- İlk dəstəkçim anam olub, ən çox dəstəyi də ondan görürəm. Mən evdə olmayanda, gələn qonaqlara işlərimdən ibarət kiçik sərgini mütləq şəkildə təşkil edir. Bu da mənə xoş təsir edir.(Gülür) Ailədə rəssam yoxdur, amma nəsildə var - Ədhəm Yusubov mənim dəyərli müəllimim və kafedramızın müdiri.

- Dövlət gənc rəssamlara dəstək olur ?

- Bəli, dəstək olur. Düşünürəm ki, bir az da çox ola bilər. Sərgilər daha çox təşkil edilsə, gənc rəssamlar daha çox həvəslənər.

- Ən çox hansı janra müraciət ediriz?

- Qobeleni bitirdiyim üçün işlərim daha çox dekorativdir və insanlar bəzən bu tərz işləri çətin anlayırlar. Amma mən özümü şanslı hiss edirəm, çünki bu fakültədə kompazisiyanın əsaslarını öyrənmişəm. Bu da mənə imkan verir ki, dekorativ kompozisiyalar işləyə bilim.

- Siz pis əhval-ruhiyyədə olanda yaradıcılıqla məşğul ola  bilirsiniz?

- Pis əhvalda olanda, həmişə yaradıcılıqla məşğul ola bilmirəm

- Sizi ən çox cəlb edən əsərləri hansılardır?

- Məni daha çox Pablo Picassonun, Amedeo Modilyanin, Van Qoqun və Səttar Bəhlulzadənin əsərləri cəlb edir.

- Sərgilərə tez-tez gedirsiz?

- Əvvələr daha çox gedirdim, indi vaxt tapdıqca gedirəm.

- Elə bir məqam olubmu ki, sərgidə bəyənmədiyiniz bir əsərə görə sahibinə yüksək mükafat veriblər, amma layiq olmayıb?

- Xeyir, olmayib

- Elə  olub ki, hansısa  əsəri yarada  bilməmisiz?

- Olmayıb! Amma elə ideyalarım var ki, hələ də reallaşdıra bilməmişəm.

- Yaradıcılıqla məşğul olarkən hansı musiqilərə qulaq asırsız?

- Baxır, işin və mənim əhval-ruhiyyəmə. Daha çox köhnə retro musiqiləri dinləyirəm.

- Rəssamlığa sənətdən xəbəri olmayan insanlar daxil olur. Sizcə bunun səbəb nədir?

- Bunu anlaya bilmirəm. Səbəbini də anlaya bilmirəm. Məncə, bəzi insanlar şöhrəti çox sevirlər. Əsas bu səbəb ola bilər.

Arzu ƏLİYEVA


скачать dle 10.3фильмы бесплатно
(səs: 1)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.