А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Geniş yaradıcılıqa malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamışdır

20.10.18 | Bölmə: Mədəniyyət | Baxış: 87 | Yazar: Bakixeber |
Geniş yaradıcılıqa malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamışdır
 

Rəşid Şəfəq  istedadlı bir bəstəkar olmaqla yanaşı çox gözəl  bir insan idi. Biz onunla Fotoqraf vəzifəsində işlədiyim Şərq Qərb Nəşriyyat evində tanış olmuşduq. Dərc eləcəyi kitabın fotolarını çəkirdim. Bəstəkar ilə bir yerdə Üzeyir Hacıbəyovun və Hüseyn Cavidin ev muzeyində, miniatür kitab mərkəzində olmuşduq. Fotoları da həmin vaxt çəkmişdim.

Uzun uzun maraqlı söhbətləri olardı və yaradıcılıqla bağlı bir çox dəyərli məsləhətlər verərdi. Uşaqlıq illərindən, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinskinin dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olumağından, Qori seminariyasında oxuduğu illərdən söhbət açardı. Bir gün o Rəşid Şəfəqi Üzeyir bəyin yanına aparıb. Bəstəkar onun musiqi duyumunu yoxlayıb və razılıq edib.

Xəzərİnfo xəbər verir ki, Əliyev  Rəşid  Camal  oğlu  13  oktyabr  1940-cı  ildə  Bakı şəhərində  ziyalı  ailəsində  anadan olmuşdur. Bəstəkar  "Şəfəq” təxəllüsünü atası Camal  müəllimin  anadan  olduğu  kəndin adından  götürmüşdür.

Bəstəkarın atası Camal  Əhməd  oğlu  Əliyev  keçmiş  Yelizavetpol  (sonralar  isə  Gəncə) quberniyasına  daxil  olmuş  Goranboy  mahalının  Şəfəq  kəndində  1902-ci ildə  anadan  olmuşdur.  Camal  müəllim   30-cu  illərdə  Gəncədə  Kənd   Təsərrüfatı  İnstitutunda müəllim  vəzifəsində  işləmişdir. O, Böyük  Vətən  müharibəsindən  əvvəl  təhsil almaq  üçün  Bakıya  gəlmiş  və  burada  ailə  qurmuşdur. Sonralar  Camal  Əliyev  Bakıda  Azərbaycan  Sənaye  və  Azərbaycan  Dövlət  Texniki  İnşaat  İnstitutlarında  müəllimlik  etmiş, 1939-42-ci  illərdə  isə  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunda  rektor  vəzifəsində  çalışmışdır.

Bəstəkarın  anası mehriban  və  qayğıkeş  Böyükxanım  İbrahim  qızı Mursaqulova  Borçalı  mahalının  Qızıl  Hacılı  kəndində 1909-cu  ildə  anadan olmuşdur və sonralar Tiflisdə ibtidai  siniflərdə dərs  demişdir. Onun ilk şagirdlərindən biri dünya şöhrətli sənətkarımız Rəşid Behbudov olmuşdur.

Geniş yaradıcılıqa malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamışdır.

Teatr, simfonik, xor, instrumental və kamera əsərləri, mahnı və romanslar yaratmışdır. O, birpərdəli «Ana» operasının, «Bir saatlıq xəlifəlik» və «Baş tutmayan hiylə» operettalarının, uşaqlar üçün 12 musiqili səhnə əsərinin, o cümlədən «Bayquşların söhbəti»  və «Tülkü həccə gedir» uşaq opera-nağıllarının, «Rəqəmlərin bəhsi» və «Tənbəl ayı balası» adlı musiqili tamaşaların, «Qiymətlərin sərgüzəşti» uşaq müziklinin, 2 simli kvartetin, Ömər Xəyyamın sözlərinə 3 romans-rübainin, «Rahab» muğam-poemasının, «Beş portret» vokal-simfonik silsiləsinin, «Nəsimi» freskalarının, H.Cavidə həsr olunmuş «Rekviem-poema»nın, kantataların, uşaqlar üçün 500-ə qədər mahnının və vokal məcmuələrinin, çoxlu sayda xor əsərlərinin müəllifidir. O, «Məktəblinin musiqi aləmi» kitabını və uşaq xorları üçün «Uşaq mahnısı antologiyası»nı çap etdirmişdir.

Rəşid Şəfəq 1970-ci ildə Bakı şəhər 190 saylı ümumtəhsil məktəbinin nəzdində uşaq opera studiyasını yaratmışdır. 1995-ci ildə o, Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində respublikamızda ilk Uşaq mahnı teatrını təşkil etmişdir.  Bəstəkar həm də  «Məktəblinin musiqi aləmi» kitabını və uşaq xorları üçün «Uşaq mahnısı antologiyası»nı çap etdirmişdir.

Rəşid Şəfəq uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik orkestrinin direktoru vəzifəsində çalışmışdır. 1998-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi təqaüdünə layiq görülmüşdür.

Rəşid Şəfəq yaradıcılığının maraqlı bir səhifəsi də Hüseyn Cavid ilə bağlıdır. Cavidin qızı mərhum Turan xanım və Firudin Mehdiyevin librettosuna bəstəkar, ədibin "Ana” adlı poeması əsasında 3 pərdəli opera yazmışdır.

Bəstəkar 2017-ci il avqust ayının 24-də ömrünün 78-ci ilində vəfat etmişdir. Rəşid Şəfəqin əziz xatirəsi onu tanıyanların, sevənlərin qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin!

Arzu ƏLİYEVA

 


 
 

 
 
 
 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.