А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bahar Muradova: İnsan alverinə və qaçaqmalçılığa qarşı mübarizə gücləndirilməlidir

30.10.18 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 191 | Yazar: Celilova |
Bahar Muradova: İnsan alverinə və qaçaqmalçılığa qarşı mübarizə gücləndirilməlidir
 
 
 
 
 
 
 
 
Azərbaycan Parlamenti insan alverinə və qaçaqmalçılığa qarşı mübarizədə qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklər edib və bu sahədə çox ciddi addımlar atıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə "İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda deyib.

B.Muradova qeyd edib ki, Azərbaycan bu istiqamətdə BMT-nin müvafiq konvensiyasına qoşulub:

"Bu konvensiyanın və ondan irəli gələn protokolların üzərimizə qoyduğu öhdəliklər bizi daha ciddi əməkdaşlığa sövq edir və hesab edirəm ki, bu əməkdaşlıq həm beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli, həm də ikitərəfli münasibətlər üçün çox faydalıdır. Parlament hər zaman bu məsələnin çox ciddi müzakirə olunduğu bir məkandır. Parlament həm regionu, həm də ölkəmizi və dünyanı narahat edən məsələləri çox ciddi müzakirə edib və bundan irəli gələn qanunvericilik aktlarına əlavə və dəyişikliklər edib”.

Vitse-spiker bildirib ki, bu bəlaya qarşı mübarizə daha da gücləndirilməlidir: "Biz bu təhlükəyə qarşı ona görə əməkdaşlıq və tərəfdaşlıq etməliyik ki, bu qəbildən olan cinayətlər insana qarşı cinayətlər içərisində ən qəddarı və ən alçaldıcısıdır. Necə ola bilər ki, müasir inkişaf səviyyəsində insanlar digər qrup insanlar və yaxud da dairələr tərəfindən alver hədəfinə çevrilsin, qurbana çevrilsin, alçaldıcı rəftara məruz qalsın, dilənçiliyə, itaətkarlığa məcbur edilsin?"

B.Muradova əlavə edib ki, Azərbaycan regionda özünəməxsus yeri, rolu olan, həm iqtisadi cəhətdən, həm də siyasi, humanitar əlaqələrin intensivləşməsi baxımından özünün yürütdüyü siyasət nəticəsində regionda seçilən bir ölkədir. Azərbaycan dünyanı və regionu narahat edən məsələlərə öz töhfəsini verir.
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
ATƏT-in müşahidəçisi: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam
Külək məktəbin damını uçurdu
Şimal regionunda 5600-ə yaxın yerli və xarici müşahidəçi seçkiləri izləyi
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər
Könül İsmayılovanın uğurlu seçki kampaniyası
Seçki günü “ASAN xidmət” işləməyəcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.