А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycanlı deputatlar MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak ediblər

03.12.18 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 11 | Yazar: Celilova |
Azərbaycanlı deputatlar MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak ediblər
 
 
 
MDB PA 48-ci plenar iclasında iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin tərkibinə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar Arif Rəhimzadə, Rüfət Quliyev və Milli Məclisin MDB PA-da daimi nümayəndəsi, MDB PA Şurası Baş katibinin müavini Aydın Cəfərov daxil idilər.

İlk növbədə PA Şurasının iclası keçirilib. İclasda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və deputat Arif Rəhimzadə çıxış edib.

Sonra PA daimi komisiyalarının iclasları baş tutub. Bundan sonra PA 48-ci plenar iclası öz işinə başlayıb. MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasının iclasında komissiyanın sədr müavini Rüfət Quliyev çıxış edib. Komissiyanın iclasında təşkilati məsələlərə də baxılıb və Rüfət Quliyev yenidən komissiya sədrinin müavini seçilib.

İclasın ikinci günündə azərbaycanlı deputat Arif Rəhimzadənin moderator olduğu beynəlxalq konfrans keçirilib.

Sonda MDB PA-da uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Aydın Cəfərov "Drevo drujbı” Qızıl medalı və Rüfət Quliyev "Sodrujestvo” ordeni ilə təltif ediliblər.

 
 
Azərbaycanlı deputatlar MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak ediblər
 
 
Azərbaycanlı deputatlar MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak ediblər
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.