А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək

04.12.18 | Bölmə: Mədəniyyət | Baxış: 10 | Yazar: Celilova |
ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək
 
 
 
 
 
 

4 dekabr tarixində saat 19.00-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunan "Hərə bir qəhrəman” tamaşası nümayiş olunacaq. Melumat-merkezi.az xəbər verir ki, tamaşanın bədii rəhbəri ADMİU Sabah qruplarının rəhbəri Böyükxanım Məmmədbəyovadır. Qan Turalının pyesi əsasında hazırlanmış "Hərə bir qəhrəman” adlı bir bölümlü həyat hekayəsinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Amid Qasımov, geyim üzrə rəssamı Könül Vəlibəyli, musiqi tərtibatçısı Emil Əlidir. Qrupun səhnə hərəkəti müəllimi Ceyhun Dadaşov, səhnə danışığı müəllimi Nadir Hüseynovdur. Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs SABAH qruplarının tələbələri Mirsənan Kazımlı, Ziya Ağa, Gövhər Şabanova, Fidan İsmayılova, Mətləb Abuşov, Elçin Əmirov, Toğrul Qasımov və başqaları çıxış edir.

Əsər Cümhuriyyətimizinqurulmasındamüstəsna xidmətləri olmuş, 20 yaşlı millət vəkiliRəhim bəyVəkilovun, MədinəVəkilovanın, həmçinin 23 yaşında Cümhuriyyətimizin ilk Daxili İşlər naziriMustafa bəyVəkilovunhəyat hekayəsindən bəhs edir.

 

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək

 

 

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək

 

 

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.