А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Elmin İnkişafı Fondu və “Springer Nature” birgə müəllif seminarı keçirib

04.12.18 | Bölmə: Cəmiyyət | Baxış: 73 | Yazar: Celilova |
Elmin İnkişafı Fondu və “Springer Nature” birgə müəllif seminarı keçirib 
 
 
 
 
 

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və "Springer Nature” şirkəti "Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda birgə müəllif seminarı keçirib.

Melumat-merkezi.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, dövlət tərəfindən elmi tədqiqatların intensivliyinin artırılmasına və elmi nəticələrin dünyada tanıdılmasına böyük önəm verilir. Bu baxımdan Azərbaycanda əldə olunan elmi nəticələrin dünyanın nüfuzlu elmi jurnallarında çap edilməsi xüsusi əhəmiyyət daşıyır.

"Springer Nature” şirkəti ilə birgə keçirilən seminarda elmi məqalələrin ingilis dilində yazılması və təqdim olunması qaydaları ilə bağlı ətraflı məlumat veriləcək. Elçin Babayev qeyd edib ki, dünyada "yırtıcı jurnallar” adlanan şəbəkələr bəzən alimləri aldadaraq "nüfuzlu” adı altında onların məqalələrini çap etməyə cəhd edirlər. Seminarın əsas məqsədi alimləri belə jurnallar barədə məlumatlandırmaq, onların diqqətini nüfuzlu, impakt faktorlu jurnallara yönəltməkdir.

Seminarda "Springer Nature” şirkətinin Lisenziyalaşdırma müdiri Merve Okur Karagülle şirkətin profili, Azərbaycanda tədqiqat nəticələri barədə məruzə edib. O, həmçinin Azərbaycan və "Springer Nature” əməkdaşlığının perspektivlərinə dair fikirlərini də bölüşüb.

"Springer Nature” şirkətinin satış direktoru Şahin Giray isə iki sessiya ərzində effektiv əlaqələndirici olmağın yolları, məqalə əlyazmasının çapa hazırlanması, düzgün elmi jurnal seçimi və elmi məqalənin çap üçün təqdim olunma prosesi haqqında təlim keçib.

Tədbirin sonunda suallar cavablandırılıb.

Seminarda elm və tədris müəssisələrində çalışan alimlər, mütəxəssislər, doktorant və dissertantlar iştirak ediblər. 


Elmin İnkişafı Fondu və “Springer Nature” birgə müəllif seminarı keçirib
  
 
Elmin İnkişafı Fondu və “Springer Nature” birgə müəllif seminarı keçirib
 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

​Elnarə uşaqlara nağıl oxudu - FOTOLAR
“Deportasiyadan Etnik Təmizləməyə  Gedən Yol” adlı sənədli filmin çəkilişlərinə başlanıldı
Cəsarətli və güclü vətənpərvər - Davud İmanov + FOTOLAR
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəlib
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
Rayon maşınlarının Bakıya girişi qadağan edilir
Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb
Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Bakıda su borusu partladı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.