А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“AtaTravel” və “Edem Resort”un yeni il qabağı aksiyası start götürüb

10.12.18 | Bölmə: Cəmiyyət | Baxış: 59 | Yazar: Celilova |
“AtaTravel” və “Edem Resort”un yeni il qabağı aksiyası start götürüb
 
 
 

 
 

 

Yeni il bayramları və qeyri-iş günləri ərəfəsində Azərbaycanın qabaqcıl turoperatorlarından biri olan "AtaTravel” və "Edem Resort Medical & SPA” məşhur Ukrayna Bərpa Mərkəzinin birgə xüsusi aksiyası start götürüb.

Melumat-merkezi.az xəbər edir ki, müalicəni rahat istirahət ilə birləşdirmək istəyənlər üçün əlverişli təkliflər zərfi hazırlanıb. Edem Resort Bərpa mərkəzi Qərbi Ukraynanın həqiqətən cənnət guşəsində yerləşir. Karpat dağlarının təmiz havası, gözyaşı kimi şəffaf suyu ilə seçilən mənzərəli göl, meşə və mülayim iqlim – təbiətin özü insanı dincəlməyə, təkliyə və harmoniyaya çağırır. Edem Resort Medical & SPA-nın ərazisində Morşin, Sxodnitsk, Mirqorod mineral suları, bioneft və özünün bulağı daxil olmaqla, qonaqlara müalicəvi mineral suların doqquz əsas tipini təklif edən unikal su qurğusu (büvet) işləyir. Su qonağın elektron kartı ilə bu qurğudan verilir və onun həkimi tərəfindən təyin edilmiş temperaturla tənzimlənir.

Edem Resort Medical & SPA-nın nümayəndəsi Iqor Stanqertin sözlərinə görə, hazırda "Sidikqovucu sistemin və böyrəklərin bərpası” və "Mədə-bağırsaq traktının və qara ciyərin bərpası” ilə bağlı yeni proqramlar işlənib hazırlanmışdır. Proqramlar klassik tibbin bərpanın kurortoloji metodları ilə əlaqələndirilməsinə əsaslanır. Həkim məsləhəti və müşahidəsi, ultrasəs diaqnostikası, laborator tədqiqatlar profilaktik müalicənin müasir metodları ilə birlikdə gözəl nəticə verir. Edem Resortun zərif otaqlarında dəbdəbəliklə rahatlıq, zərif rənglər və eksklüziv mebel vəhdət təşkil edir. Gölə açılan mənzərə ilə səhər qəhvəsi, günorta saatlarında spa prosedurları fasilələrində istirahət və ya axşamlar xoş ünsiyyət özünüzü rahat və dincəlmiş hiss etməyə imkan yaradacaq.

 

Bundan başqa bura gələnlər Edem Resortda aşağıdakı əsas proqramları seçə bilər:

-Anti-stress – istirahət, əzələlərin boşalması və harmoniyanın bərpası,

-Detox – toksinlərlə mübarizə, orqanizmin təmizlənməsi və bədənin gücünün bərpası,

-Fithealth – sürətlə cavanlaşma, tonusun qaldırılması və orqanizmin möhkəmlənməsi üçün prosedurlar kompleksi. Həmçinin, proqarmı qabaqcadan seçmək və sifariş vermək olar.

Edem Resortda unikal proqramların ayrılmaz hissəsi aşağıdakı su prosedurlarıdır: hidroterapiya, energetik hidromassaj, hovuz, cakuzi, "təəssüratlar duşu” və Kneyp cığırı. Burada massajın müxtəlif növləri, unikal spa-prosedurlar, fərdi qaydada işlənib hazırlanmış qidalanma proqramları və ən yaxşı mütəxəssislərin məsləhətləri təklif olunur.

Daha ətraflı məlumat almaq istəyənlər 050598 99 00 daxili 120 və ya 050245 05 09 nömrəli telefonlara zəng vura bilərlər.

"AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda "AtaTravel” MMC, "AtaTurizm” və "Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş "AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.

 
 
“AtaTravel” və “Edem Resort”un yeni il qabağı aksiyası start götürüb
 
 
“AtaTravel” və “Edem Resort”un yeni il qabağı aksiyası start götürüb
 
 
“AtaTravel” və “Edem Resort”un yeni il qabağı aksiyası start götürüb
 
 
“AtaTravel” və “Edem Resort”un yeni il qabağı aksiyası start götürüb
 
 
“AtaTravel” və “Edem Resort”un yeni il qabağı aksiyası start götürüb

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi şəhid ailələrinə bayram sovqatı çatdırıb
“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb
Rusiyadan Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
“Kaspersky Lab”: Azərbaycan fişinq hücumlarının sayına görə 79-cu yerdədir
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər
Zakir Həsənovdan BAYRAM TƏBRİKİ
Məmmədyarov çilili həmkarı ilə görüşüb
Sürücülərin NƏZƏRİNƏ - Bu yol...
Sabahdan Novruz tətili başlayır
Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Bu gün Azərbaycanda İlaxır çərşənbədir
Prezident İlham Əliyev BƏƏ-nin nazirini qəbul edib
“ADA” Universiteti və “Coca-Cola” Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
Bakıda insanlar üçün ölüm təhlükəsi - FHN ƏMƏLİYYAT KEÇİRDİ
Azərbaycanda virtual valyuta fırıldağı
Bakının mərkəzində işıqforlarda yaranan problem HƏLL EDİLDİ
Hikmət Hacıyev: Azərbaycanın da səbrinin həddi var
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.