А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Ermənistanda seçkilərin ilkin nəticələri açıqlandı - YENİLƏNİB

10.12.18 | Bölmə: Son Xəbər » Xarici xəbərlər | Baxış: 193 | Yazar: Celilova |
Ermənistanda seçkilərin ilkin nəticələri açıqlandı - YENİLƏNİB
 
 
 
 
 
 
 

Ermənistan Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Melumat-merkezi.az Ermənistan mediasına istinadən xəbər verir ki, 29 seçki məntəqəsində səsvermənin nəticələrinə əsasən baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın "Mənin addımım” bloku böyük üstünlüklə irəlidədir – 59,71 faiz.

İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq "Çiçəklənən Ermənistan” (15,21 faiz) və "Daşnaksutyun” (9,78 faiz) qərarlaşıb.

Sabiq prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika Partiyası səslərin 5,09 faizini toplayıb.  

22.42

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib.

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, hazırda səslərin hesablanması prosesi gedir.

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkə üzrə seçici fəallığının 48,63 faiz təşkil etdiyini açıqlayıb.

Seçki məntəqələrinin bağlanmasına az qalmış Yerevanda seçici fəallığı 47,6 faiz, ölkənin ikinci şəhəri olan Gümrüdə 39,22 faiz, Vanadzorda isə 46,66 faiz təşkil edib. Vanadzora seçkilərdə nəzarətin həyata keçirilməsi üçün Yerevandan əlavə polis qüvvələri göndərilib.

Bildirilir ki, seçki siyahılarında 2,57 milyon nəfərin adı olsa da, seçki məntəqələrinə 1,26 milyon insan gəlib. Ölkə tarixində ilk dəfə əhalinin əksəriyyəti ümumdövlət səsverməsini əhəmiyyətsiz sayıb.

Qeyd edək ki, seçkidə 9 partiya və iki seçki bloku mübarizə aparıb.

09.10

Ermənistanda növbədənkənar parlament seçkiləri başlayıb.

Yerli vaxtla saat 08:00-də ölkə üzrə 2010 seçki məntəqəsi açılıb. Səsvermə 20:00-dək davam edəcək.

Mərkəzi Seçki Komissiyası seçkilərdə 9 partiya və iki blokun iştirakını qeydə alıb. Xaricdə yaşayan vətəndaşlar üçün seçki məntəqələrinin açılması nəzərdə tutulmayıb. Onlar yalnız Ermənistana qayıtmaqla səs verə bilər.

Rəsmi məlumata əsasən, 2.5 milyondan artıq seçici səsvermə hüququna malikdir.

Seçkiləri 70 yerli və 32 xarici KİV izləyəcək. Seçkiləri həmçinin 8 beynəlxalq və 22 yerli təşkilatlardan müşahidəçilər izləyəcək.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.