А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb

11.12.18 | Bölmə: Gündəm | Baxış: 261 | Yazar: Arzu |
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
 
 
 
 

Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anım mərasimi keçirilib.

Məlumat-Mərkəzi.az xəbər verir ki, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Şahin Abdullayev Heydər Əliyevin həyat və fəaliyyəti, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələr haqqında danışıb. Diplomat düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının Ümummilli Liderimizin əzmkar fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin formalaşması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsi və regionun iqtisadi-siyasi həyatında mühüm rol oynamasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirən səfir bugünkü Azərbaycanın inkişaf strategiyasının əsasında da Heydər Əliyev ideyalarının dayandığını vurğulayıb.

Şahin Abdullayev ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib, həmin ildən indiyədək ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verib. Vurğulayıb ki, Ümummilli Liderin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, mühüm iqtisadi nailiyyətlərə imza atıb, ölkəmizin beynəlxalq nüfuzu artıb və xalqın rifahı daha da yüksəlib. Bütün bu amillər sayəsində dövlətimiz dünyada öz sözünü deyir və bu da müstəqilliyin güclü təməl üzərində qurulduğuna dəlalət edir.

Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

 

\\istinad.nuhçıxan.az\\

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Gəncə teraktının əmrini kim verib? - Korotçenko
Düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
Prezident İlham Əliyev: Paşinyan Azərbaycan xalqından üzr istəsin və desin ki, Qarabağ Ermənistan deyil
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.