А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik məlumat açıqlanıb

18.12.18 | Bölmə: Cəmiyyət | Baxış: 190 | Yazar: Celilova |
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik məlumat açıqlanıb
 
 
 
 
 
 
 

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik məlumat açıqlanıb.

Təhsil Nazirliyindən Melumat-merkezi.az-a bildirilib ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Ümumi təhsilin inkişaf dinamikası infoqrafik məlumatda öz əksini tapır.

Ümumi təhsil üzrə məlumatlarda bildirilib ki, birinci siniflərə qəbulda artım dinamikası müşahidə olunub. 2013-cü ildə bu göstərici 138 min olubsa, bu il birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib. 2013-cü illə müqayisədə şagirdlərin sayı 230 mindən çox artaraq 1 milyon 500 min nəfəri ötüb. Son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli şəkildə yaxşılaşıb, 8.5-dən 10.5-ə yüksəlib. Cari ildə Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. 2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş və 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanıb. "İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb edilib. PIRLS beynəlxalq qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal, "mükəmməl” və "yüksək” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artıb. 2013-2018-ci illərdə Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri beynəlxalq yarışlarda 537 qızıl, 468 gümüş, 681 bürünc medal qazanıblar.

2015-ci ildən tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinə başlanılıb, cari tədris ilində 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir.

Son illərdə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlib, imtahan nəticələri 17 faiz artıb. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olacaqlar. Bu səbəbdən də onların buraxılış imtahanlarının yeni formatda təşkili ilə bağlı Təhsil Nazirliyinin iştirakı ilə DİM tərəfindən yeni qaydalar hazırlanıb. "Təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu öz həllini tapıb. Ötən tədris ilindən Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə "Rəqəmsal bacarıqlar” layihəsinə başlanılıb. Elektron təhsil texnologiyalarının tətbiqi məqsədi ilə "Elektron məktəb” layihəsi 50 təhsil müəssisəsində davam etdirilib.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Qusar sakinlərinin çoxdan gözlədiyi SƏRƏNCAM
Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır
“EuroHome”dakı yanğınla bağlı əməliyyat müşavirəsi keçirilib
Tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını ictimayyətə təqdim edib
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Ramil Usubov:
“Peşəkar  fəaliyyətləri ilə insanlara örnək olan FUAD ƏHMƏDOV.”
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi - FOTO
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Heydər Əliyevin doğum günü münasibətilə video paylaşıb - VİDEO
Azərbaycanda koronavirusla bağlı komendant saatı tətbiq edilə bilər
DMX əcnəbilərə göstərdiyə xidmətlərə dəyişiklik etdi
Rusiya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu
Milli Məclisin növbəti iclasının gündəliyinə 26 məsələ daxildir
Ünvanlı dövlət sosial yardım alanlar üçün MÜHÜM XƏBƏR
190 manat üçün müraciət edənlərin nəzərinə: Cavab gəlməyibsə...
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.