А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

"2018-ci il jurnalistika sahəsində də uğurlu il olub” – Əli Həsənov

26.12.18 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 139 | Yazar: Celilova |
"2018-ci il jurnalistika sahəsində də uğurlu il olub” – Əli Həsənov
 
 
 
 

"2018-ci il Azərbaycanda dövlətçilik ili idi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub. Cənab Prezidentin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təkcə Azərbaycanda deyil, Azərbaycanın sərhədlərindən kənarda da keçirildi. Bildiyiniz kimi, Azərbaycan dövlətçiliyinin tarixi daha qədimdir. Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi heç də Azərbaycan dövlətinin 100 illiyi demək deyil. Sadəcə olaraq Xalq Cümhuriyyəti tarixinin 100 illiyidir və biz bunu qeyd etməliydik, çünki bu, Azərbaycanın qürur duyduğu Cümhuriyyət dövrü olub və bu Cümhuryyət Şərq aləmində, İslam dünyasında ilk dünyəvi, çoxpartiyalı parlamentə malik respublika olub, ilk dəfə kişilərlə yanaşı, qadınlara da səsvermə hüququ verib. Bizim bu Cümhuriyyətlə öyünməyə haqqımız var”. Melumat-merkezi.az  xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

 

Əli Həsənov vurğulayıb ki, 2018-ci il Azərbaycan üçün daha bir əlamətdar hadisə ilə də yadda qaldı: "Avropa İttifaqının, dünya ölkələrinin reallaşdıra bilmədiyi NABUCCO marşrutunun əvəzində Azərbaycanın və Türkiyənin liderliyi ilə "Cənub Qaz Dəhlizi" layihəsi həyata keçirildi. 2020-ci ildən bu kəmər tam işə düşəcək, Azərbaycanın 100 illərlə ölçülən maraqlarını təmin edəcək. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən il istifadəyə verilsə də, dəmir yolu boyunca əsas tərəfdaş ölkələrlə yük daşımaları ilə bağlı sazişlərin imzalanması bu ilin təsadüf etdi. Bu il Azərbaycan özünün üçüncü kosmik addımını atdı və növbəti peyki orbitə buraxıldı. Bu da ölkəmizin dünyada nüfuzuna müsbət mənada ciddi təsir göstərir”.

 

Ə.Həsənov qeyd edib ki, 2018-ci il jurnalistika sahəsində də uğurlu il olub, jurnalistikamız inkişaf edib, yeni saytlar yaradılıb, mövcud saytların xarici dillərdə variantları yaradılıb: "Mətbuat Şurası sağlam mətbuatla əlaqələrini intensivləşdirib. Sevindirici haldır ki, bu il reket jurnalistika ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Düşünürəm ki, bu da Azərbaycan jurnalistikasının təmizlənməsinə, neqativ halların aradan qalxmasına səbəb olacaq. Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək”.



скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
ATƏT-in müşahidəçisi: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam
Külək məktəbin damını uçurdu
Şimal regionunda 5600-ə yaxın yerli və xarici müşahidəçi seçkiləri izləyi
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər
Könül İsmayılovanın uğurlu seçki kampaniyası
Seçki günü “ASAN xidmət” işləməyəcək
Bəzi marşrutların hərəkət sxemi dəyişdi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.