А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Füzulidə satış mərkəzi istifadəyə verilib

26.12.18 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 135 | Yazar: Admin |
Füzulidə satış mərkəzi istifadəyə verilib
 
 
 
 
 
 
 
 

Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.

Rayonda görülən işlər, həyata keçirilən tədbirlər ölkə başçısının məhz bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün şərait yaradılır. Füzuli RİH-dən Azadinform-a verilən məlumata görə, rayonda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, məcburi köçkün ailələri üçün salınmış 9 nömrəli Qayıdış qəsəbəsi ərazisində iş adamı, fiziki şəxs Merdinli kənd sakini Kərimli Fərid Seymur oğlu tərəfindən müxtəlif növ kənd təsərrüfatı və ərzaq məhsullarının satışı nəzərdə tutulan Mandarin super marketi tikilib.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev super marketin açılış mərasimində iştirak edib. Alı Alıyevə məlumat verilib ki, ümumi sahəsi 660 kv.m olan mərkəzin qapalı köşklərində müxtəlif növ kənd təsərrüfatı məhsullarının və ərzaq məhsullarının satışı təşkil olunacaq. Burada Qayıdış qəsəbələrində məskunlaşıb yaşayan məcburi köçkünlərin, fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının, o cümlədən gündəlik tələbat mallarının satışı üçün lazım olan bütün şərait yaradılıb, alıcı və satıcılar üçün normal şərait təşkil olunmuşdur. Super marketdə Qayıdış qəsəbələrində yaşayan 28 nəfər məcburi köçkün işlə təmin olunub. 

Alı Alıyev açılış mərasimində Prezident İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda da sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. 

Açılış mərasimində iştirak edən məcburi köçkünlər füzulilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Füzulinin icra başçısı Zobucuqda vətəndaşlarla görüşüb
“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!” Tanınmış səhiyyə təşkilatçısı ilə müsahibə.
Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib
Bakıda ticarət mərkəzində baş verən verən yanğında 2 nəfər zəhərlənib
Xırdalanda şirkətdə partlayış: sahə rəisi və 5 yaşlı oğlu xəsarət alıb
Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb
“EuroHome”da baş verən yanğınla bağlı FHN məlumat yayıb
Bakıda ticarət mərkəzi yanır
Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır
Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir
Universitet tələbəsi 4-cü mərtəbədən yıxılıb
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi
Azərbaycanda mərasim mədəniyyəti – Yasımız toya, toyumuz yasa dönməsin
Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.