А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqənin nəticələri haqqında Kamran Əsədov nə deyir?

07.01.19 | Bölmə: Təhsil | Baxış: 94 | Yazar: Bakixeber |
“İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqənin nəticələri  haqqında Kamran Əsədov nə deyir?
 
 
 
 
Bir neçə gündür müzakirə olunan "İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqənin nəticələri barədə Təhsil Nazirliyinin nümayəndələri münasibət bildirib. Bununla bağlı bir necə səthi faktı deyim.

1-cisi "İstedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsini keçirən Təhsil İnstitutunun ( İnstitut uzun müddətdir ki, rəhbərsiz qalıb) saytında 29.11.2018 tarixli elan yerləşdirilib və orda İştirakçılara 3 saat ərzində kağız formatda 20 qapalı tipli test tapşırığının təqdim olunacağını yazsa da (https://www.arti.edu.az/az/newsd/399-muallimlar-arasinda-musabiqa-kecirilacak), müsabiqədə riyaziyyat, fizika, biologiya fəninin hər birindən 25 test tapşırığı, kimyadan 30 test tapşırığı, informatikadan 20 test tapşırığı təqdim olunub. Bu təşkilatçıların nə qədər qeyri-peşəkar və məsələdən anlayışlı, məsələyə ciddi yanaşdıqlarının göstəricisidir. Yəni elanda bir say, müsabiqədə başqa bir say ortaya çıxır.

2-cisi, yuxarıda qeyd olunmuş elanda da iştirakçıları nəyin göslədiyini demişdilər. Yəni iştirakçılara deyilmişdi ki, sizə ixtisas fənnindən və çətinliyi artırılmış olimpiada tipli suallar təqdim olunacaq. Lakin nazirliyin əməkdaşları deyir ki, müəllimlər imtahana gələndə onlara necə suaların veriləcəyini bilmirdilər. Onlara xatırladım ki, BŞTİ qabaqcadan məktəblərə imtahanın könüllü olması, sualların məktəb proqramından kənar və xeyli çətin olacağı haqqında məlumat göndərmişdi. Hətta iştirakçı müəllimlərı yaxından məlimatlandırmaq məqsədi ilə onlara 2017-2018- ci il üçün keçirilən olimpiada suallarının nümunələri və olimpiada suallarının izahlı cavablarının olduğu xüsusi vəsait təqdim etmişdi. Bu vəsaitlər haqqında BŞTİ- nin 18 nömrəli məktəbdə keçirdiyi iclasda məktəb direktorlarına ətraflı məlumat verilməsini də geniş pəncərədən dərindən baxanlara xatırladım. Həti müəllimlərin kifayət qədər məlumatı var idi onları təkcə pul mükafatı gözləmir. Hətta imtahanda hər müəllim iştirak etmirdi, seçilmiş müəllimlər göndərilmişdi imtahana.

3. Nazirliyin "Müəllimləri tənqid edənlər heç olimpiada sualı görməyiblər” deyən əməkdaşı ardınca deyir ki, bu müsabiqədə onlar yeni müəllim tanıyıblar. O Neftçala rayonunun Xıllı qəsəbə 1 saylı orta məktəbin müəllimi Seyran Səfərovdur (adını o demədi, mənim müəllimim olduğu üçün yazıram).
Cənab mən ixtisasça tarixçiyəm bə beynəlxalq olimpiyadada bu ixtisas olmur. Amma buna baxmayaraq mən istənilən tipli sual görmüşəm. Azı sizin respublika fənn olimpiyadasında tarix fənnindən sualarınızın nə qədər primitiv, gülünc olduğunu deyə bilərəm. İngilis dilində 2 söz öyrənib özünüzü hər şeyi bilən hesab etməyin. Seyran Səfərov 1995-ci ildən hal-hazıra kimi (hal-hazırda da) Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı orta məktəbində müəllim işləyir və indiyə qədər öz şəxsi vəsaiti hesabına yüzlərlə respublika, beynəlxalq olimpiyada qalibi yetişdirib. Yəni sizin onu tanımamağınız sadəcə sizin təhsildən, olimpiyadadan nə qədər xəbərsiz olduğunuzu göstərir. Seyran Səfərov əməkdar müəllimdir, bir neçə dəfə ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olmuşdur.
Amma onun hal hazırda çalışdığı Neftçala rayonun Xıllı qəsəbə 1 saylı orta məktəbi qəzalı vəziyyətdədir, normal dərs keçirilməsi üçün şərait yoxdur. Bununla bağlı sizin vaxt keçirdiyiniz nazirliyə dəfələrlə yazılı, rəsmilərlə görüşdə şifahi qaydada məlumat versəm də, bütün müraciətlər kimi o da cavabsız qalıb.
Mən həm də, Neftçala rayonun Xıllı qəsəbə 1 saylı orta məktəbin məzunuyam, o məktəb Muğanın ən qədim tarixə malik olan məktəbidir. Amma siz o məktəbə qarşı biganə, laeyd olmusunuz. Bu məktəbin məzunları barədə yazmağa isə vaxt çatmaz.

4.Etiraf edək ki, müəllimlərdə yeni təfəkkür tərzi formalaşmır, onlar keçmişin təsirindən uzaqlaşmırlar, bizim müəllimlər köhnə dünyagörüşü ilə işləyir. Təhsil müəssisələrinin rəhbərləri isə bu problemləri məktəb şuralarında, pedaqoji şuralarda müzakirə etmir, lazımi tədbirlər həyata keçirmirlər.
Söhbət şаgirdlərə akademik biliklər vеrməkdən dеyil əmək vərdişləri, yaşamaq, dəyişən dünyaya uyğunlaşmaq bacarıqlarının aşılanmasından gedir.
Gəlirəm nazirlik rəsmisinin müəllimləri tənqid olunması fikrinə, sizin qədər onlara qarşı hörmətsizlik edən, onları təhqir edən ikinci bir qrum yoxdur. Siz ancaq formallıq xətrinə müəllimləri tədbirə dəvət edirsiz. Siz onları DQ, MİQ imtahanları ilə bir birə qarşı qoyursuz, onların problemlərində yanında olmursunuz. MİQ imtahanından keçib gedən müəllimin başına direktorların problem açanda yanlarında olmursuz, onlara direktor az dərs saatı verəndə yanında olmursuz və s.
Gəlim indi statistik məlumatlara:
2010-2016-cı illərdə beynəlxalq olimpoyadalarda 111 medal qazanılıb. ən çox medal riyaziyyat fənni üzrə qazanılıb.
2017-ci ildə keçirilən Beynəlxalq riyaziyyat olimpiyadalarında şagirdlər 1 qızıl, 8 bürünc medal, 2 həvəsləndirici sertifkart alıblar, amma 2018-ci ildə ali təsilli, neçə illik stajı olan müəllimlər o tipli suallara cavab verməkdə çətinlik çəkiblər.
Maraqlıdır ki, 2016-2017-ci tədris ilində Tailandda keçirilən 49-cu kimya olimpiyadasında 1 qızıl, 1 gmüş, 1 bürüc medal qazanılıb. Amma 15 dekabrdakı imtahanda ali təhsilli müəllimlər bu nəticəni göstərə bilməyiblər müvafiq fənn üzrə.
2013-2017-ci illərdə beynəlxalq olimpoyadalarda şagirdlər 3 qızıl, 21 gümüş, 85 medal qazanmaqla ümumilikdə 109 medal qazanıblar.
1994-2017-ci illərdə illərdə beynəlxalq olimpoyadalarda şagirdlər 314 medal (28 qızıl, 80-i gümüş, 206-sə bürünc) qazanıblar.
2014-2015-ci tədris ilində 23 medal, 2015-2016-cı ilində 28 medal, 2016-2017-ci tədris ilində 38 medal qazanıblar.
2017-ci ildə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş, 30 bürünc medal olmaqla ümumilikdə 38 medal qazanıblar. Amma 2018-ci ildə olimpiada tipli suallara mindən çox müəllimin verdiyi cavab bu göstəricidən aşağıdır.
Deməli bu faktdır ki, təkcə ali məktəblərə qəbul imtahanlarının uğurlu nəticəsi məktəbdən kənar fəaliyyətin nəticəsi deyil, həmdə olimpiada nəticələri də təhsil sisteminin nəticəsi deyil. Çünki təhsil sistemində çalışanların nəticəsi onlardan aşağıdır.
Biz hətta bu nəticələr ilə DQ nəticələrini müqayisə edəndə xoşagəlməz bir mənzərənin şahidi oluruq.
Misal üçün: 2015-ci ildə Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26.000-ə yaxın müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmişdir. 25989 müəllimdən 25693-ü (98,86%) imtahanlarda iştirak etmişdir. 25693 müəllimdən 28 nəfəri 100% nəticə göstərmişdir. 262 nəfər 10 faizdən aşağı nəticə toplamışdır. Bu sizə nəsə demir?
5. Beynəlxalq olimpiadalara şagird hazırlamaq üçün imtahan keçirməyə ehtiyac yox idi. Çünki, beynelxalq olimpiadalara olan tələblər başqadır oradakı məsələləri orta mekteb müəllimi yox hətta universitetlərin professorlarinin 98%-i hell edə bilməz. Bu məsələdə tehsil nazirliyi əvvəlki təcrübədən yararlanmalı və Baki Ozəl Türk liseylərindəki şagirdləri kimler hazırlayırdılarsa onları cəlb edib mərkəz yaratmaqla məsələni həll etmək olardı.

6.İnformatika fənindən beynəlxalq olimpiyada uğur yoxdur. ÇÜNKİ ORTA MƏKTƏBLƏRDƏ TƏDRİS AŞAĞIDIR VƏ ƏSAS, İNFORMATİKA FəNNİ QƏBUL İMTAHANINDA yoxdur. Əgər həqiqətəndə təhsil nazirliyin atrmasını nəticəni düşünsə idi qəbul və ya buraxılış imtahanına informatika fənninin əlavə olunmasına nail olardı.
Siz onsuzda 2014-2017-ci illərdə keçirilən müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən sonra onlar barədə məlumatlı idiz. 2 il ərzində hansısa fantastik nəticənin olacağını gözləmək sadəlöhvlük olardı.
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi şəhid ailələrinə bayram sovqatı çatdırıb
“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb
Rusiyadan Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
“Kaspersky Lab”: Azərbaycan fişinq hücumlarının sayına görə 79-cu yerdədir
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər
Zakir Həsənovdan BAYRAM TƏBRİKİ
Məmmədyarov çilili həmkarı ilə görüşüb
Sürücülərin NƏZƏRİNƏ - Bu yol...
Sabahdan Novruz tətili başlayır
Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Bu gün Azərbaycanda İlaxır çərşənbədir
Prezident İlham Əliyev BƏƏ-nin nazirini qəbul edib
“ADA” Universiteti və “Coca-Cola” Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
Bakıda insanlar üçün ölüm təhlükəsi - FHN ƏMƏLİYYAT KEÇİRDİ
Azərbaycanda virtual valyuta fırıldağı
Bakının mərkəzində işıqforlarda yaranan problem HƏLL EDİLDİ
Hikmət Hacıyev: Azərbaycanın da səbrinin həddi var
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.