А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

BANM-də bilik yarışı keçirilib

08.01.19 | Bölmə: Təhsil | Baxış: 69 | Yazar: Celilova |
BANM-də bilik yarışı keçirilib
 
 
 
 
 

 Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Gənc kimya mühəndisləri" adlı bilik yarışı keçirilib. 

Bu barədə Melumat-merkezi.az-a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Layihənin rəhbəri BANM-ın "Kimya mühəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Gülşən İsmayılova Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsinin qalibi olaraq layihəni həyata keçirib.

Yarışmanın keçirilməsində əsas məqsəd gənclərin elmə və texniki sahələrə olan marağının arıtırlmasıdır. Yarış çərçivəsində iştirakçılar mühəndisliyin əsasları, müasir kimya mühəndisliyi, emal prosedurları, dünyada bu sahə üzrə yeni trendlər haqqında olan suallar və məsələlər üzrə mübarizə aparıblar.

Ali Məktəblərin tələbələri arasında, sosial şəbəkələrdə və Tələbə Gənclər Təşkilatları arasında marağa səbəb olan yarışmada iştirak etmək üçün kimya mühəndisliyi üzrə təhsil alan 150-yə yaxın gənc qeydiyyatdan keçib, 100-ə yaxın tələbə və gənc mühəndis seçilərək yarışa dəvət edilib.

İki mərhələdə keçirilən yarışın ilkin mərhələsində 10 açıq tipli sual, ikinci mərhələdə isə 20 test tipli sual təqdim edilib. Münsiflər heyəti tərəfindən öz biliklərini ən yüksək səviyyədə nümayiş etdirmiş ilk üç yerin sahibi qiymətləndirilib, qaliblərə diplom və mükafatlar təqdim edilib.

Yarışda 1-ci və 2-ci yerlərə BANM-ın Kimya mühəndisliyi ixtisasında təhsil alan III kurs tələbələri Kənan Qocayev və Gülnar Sadıqova layiq görülüblər. Üçüncü yerə isə BANM-ın məzunu, hazırda gənc mühəndis kimi fəaliyyət göstərən Səidə Ələsgərova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Məhəmməd Quliyev layiq görülüblər.

Yarışmada yaxşı nəticə göstərən 20 nəfərə də sertifikat və həvəsləndirici hədiyyələr təqdim edilib. 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi şəhid ailələrinə bayram sovqatı çatdırıb
“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb
Rusiyadan Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
“Kaspersky Lab”: Azərbaycan fişinq hücumlarının sayına görə 79-cu yerdədir
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər
Zakir Həsənovdan BAYRAM TƏBRİKİ
Məmmədyarov çilili həmkarı ilə görüşüb
Sürücülərin NƏZƏRİNƏ - Bu yol...
Sabahdan Novruz tətili başlayır
Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Bu gün Azərbaycanda İlaxır çərşənbədir
Prezident İlham Əliyev BƏƏ-nin nazirini qəbul edib
“ADA” Universiteti və “Coca-Cola” Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
Bakıda insanlar üçün ölüm təhlükəsi - FHN ƏMƏLİYYAT KEÇİRDİ
Azərbaycanda virtual valyuta fırıldağı
Bakının mərkəzində işıqforlarda yaranan problem HƏLL EDİLDİ
Hikmət Hacıyev: Azərbaycanın da səbrinin həddi var
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.