А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

İran “O olmasın, bu olsun”u necə oğurladı?

09.01.19 | Bölmə: Son Xəbər » Mədəniyyət | Baxış: 49 | Yazar: Celilova |
İran “O olmasın, bu olsun”u necə oğurladı?
 
 
 
 
 

Sosial şəbəkələrdə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” operettası əsasında 1953-cü ildə İranda çəkilmiş film yayımlanıb. "Məşədi İbad” adlı film korifey bəstəkarımız Üzeyir Hacıbəylinin yazdığı "O olmasın, bu olsun” operettası əsasında 1953-cu ildə İranda çəkilib.

Halbuki operetta ilə eyni adı daşıyan film Azərbaycanda 1956-cı ildə işıq üzü görüb. Bəs görəsən, necə olub ki, ssenarisi eyni olan bu film İranda da çəkilib, həm də Azərbaycandan üç il əvvəl.

Bu sualdan əvvəl xüsusilə vurğulanmalıdır ki, burada söhbət sözügedən operettanın hansısa iranlı müəllif tərəfindən yazılmasından deyil, onun müəllifinin Üzeyir Hacıbəyli olduğu halda Azərbaycandan üç il əvvəl İranda çəkilməsindən gedir. 

Melumat-merkezi.az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, kino tədqiqatçısı Aydın Kazımzadənin "Xəzər” TV-yə açıqlamasında bildirib ki, bu ssenari elə Azərbaycanda radio tamaşası üçün fars dilinə tərcümə edilib.

Hazır ssenaridən istifadə edən iranlı rejissorlar da belə bir filmi ərsəyə gətiriblər. Amma filmin ssenarisində və musiqilərində təhriflər edilib, peşəkar çəkilməyib və nəticədə, uğursuz olub.

Eyni addımı 1918-ci ildə mənfur düşmənlərimiz olan ermənilər də atıblar və Üzeyir bəyin ssenarisini oğurlayaraq film çəkib, bunu öz adlarına çıxarmağa çalışıblar. Amma onların cəhdi uğursuz olub.

1956-cı ildə Azərbaycanda Üzeyir Hacıbəylinin operettası əsasında çəkilən "O olmasın, bu olsun” filmi bütün dünyaya səs salıb, İran və digər ölkələrdə geniş şəkildə yayımlanıb.

Aydın Kazımzadənin sözlərinə görə, xalqın istəyi ilə bu filmin İranda nümayişi uzadılsa da, sonradan hansısa səbəbdən filmin yayımı qadağan edilib. Amma bütün dünya bu ssenari və filmi Azərbaycan kinosunun incisi kimi tanıyır.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi şəhid ailələrinə bayram sovqatı çatdırıb
“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb
Rusiyadan Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
“Kaspersky Lab”: Azərbaycan fişinq hücumlarının sayına görə 79-cu yerdədir
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər
Zakir Həsənovdan BAYRAM TƏBRİKİ
Məmmədyarov çilili həmkarı ilə görüşüb
Sürücülərin NƏZƏRİNƏ - Bu yol...
Sabahdan Novruz tətili başlayır
Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Bu gün Azərbaycanda İlaxır çərşənbədir
Prezident İlham Əliyev BƏƏ-nin nazirini qəbul edib
“ADA” Universiteti və “Coca-Cola” Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
Bakıda insanlar üçün ölüm təhlükəsi - FHN ƏMƏLİYYAT KEÇİRDİ
Azərbaycanda virtual valyuta fırıldağı
Bakının mərkəzində işıqforlarda yaranan problem HƏLL EDİLDİ
Hikmət Hacıyev: Azərbaycanın da səbrinin həddi var
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.