А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Yağış, qar yağacaq, şaxta olacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

09.01.19 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 11 | Yazar: Celilova |
Yağış, qar yağacaq, şaxta olacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
 
 
 
 
 

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Melumat-merkezi.az-a verilən məlumata görə, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 9-dan 10-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 10-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlıq edir ki, yanvarın 9-u axşamdan 10-u gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək əsən güclü şimal-qərb küləyinin yanvarın 10-da gecə və səhər arabir şiddətlənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 9-u axşamdan 10-u gündüzədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səməd Seyidovun bu gün doğum günüdür
ABŞ-da yaşayan kimyaçı alim...
“AtaSığorta” ASC qatarla sərnişindaşıma avtobusunun toqquşması hadisəsi üzrə iri sığorta ödənişləri həyata keçirib
MƏİŞƏT TEXNİKASI VƏ ELEKTRONİKA SAHƏSİNDƏ CANLANMA! – “OPTİMAL LIVE” AÇILDI!
Məşhur şou ilk dəfə Azərbaycanda - Sevgililər gününə özəl
Arzu Rəhimov Hacıqabulda vətəndaşları qəbul edib
“CinemaPlus” da “Kafalar karışıq” filminin nümayişi keçirilib
Sabahın havası
Hava şəraiti ilə əlaqədar 41 nəfər sığınacağa yerləşdirildi
10 dərəcə şaxta olacaq, yollar BUZ BAĞLAYACAQ
Cüdo üzrə Amerika çempionu
Xəzərdə Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakıda külək dayanacağın damını uçurdu
“AtaSığorta” ASC Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir
Bakıda güclü külək sağlam ağacları aşırdı
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
Səhiyyə Nazirliyi: Kəskin hava şəraiti ilə bağlı xəstəxanaya müraciət edən olmayıb
Milli Məclisin 63 üzvünün səsi ilə deputat mandatı ləğv ediləcək
BNA kəskin hava şəraiti ilə bağlı xüsusi rejimdə fəaliyyət göstərir
Qərargah: Abşeronda küləyin sürəti arabir 35 m/saniyəyədək şiddətlənir
“Azərenerji” xüsusi rejimdə işləyəcək - Hava şəraiti ilə bağlı
“AtaTravel” Quba-Qusar-Şahdağ turu təşkil edir
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.