А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bu məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyinin artırılması ilə bağlı layihə hazırlanıb

11.01.19 | Bölmə: Cəmiyyət | Baxış: 9 | Yazar: Celilova |
Bu məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyinin artırılması ilə bağlı layihə hazırlanıb
 
 
 
 
 
 

Bakı Nəqliyyat Agentliyi orta məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyinin artırılması ilə bağlı tədbirlər davam etdirir.

Bu barədə özəl olaraq Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

 

Onun sözlərinə görə, orta məktəblərin ətrafında piyada zolaqları yenilənir: "Təkcə son bir ayda daxil olan vətəndaş müraciətləri və aparılan təhlillər nəticəsində 30-dan artıq orta məktəbin ətrafında piyada zolaqları yenilənib. Bununla yanaşı, 7, 8, 18, 23, 46, 160 nömrəli orta məktəblərin və Elitar Gimnaziyanın ətrafında yol hərəkətinin təhlükəsizliyinin artırılması ilə bağlı layihə hazırlanıb. Bu il ərzində icra ediləcək layihələrin reallaşması nəticəsində qeyd edilən təhsil müəssisələrinin ətrafında yol hərəkəti yaxşılaşdırılacaq, piyadaların, xüsusilə, uşaqların təhlükəsizliyinin təmin edilməsinə imkan verən zəruri infrastruktur təşkil ediləcək".

M.Ağayev deyib ki, hazırda Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən digər məktəb binalarının ətrafında da təhlillər aparılır: "Xatırladaq ki, analoji tədbirlər pilot layihə olaraq ötən il 189-190 nömrəli orta məktəbin ətrafında icra edilib. Məktəb binasının ətrafında sürət həddi 30 km/saata endirilib, bəzi küçələrdə parklanma ləvğ edilib, piyadaların, xüsusən də şagirdlərin təhlükəsizliyi üçün səkilərdə dəmir məhəccərlər quraşdırılıb. Yeni piyada keçidləri təşkil edilərək panduslar inşa edilib. İlk dəfə olaraq hərəkətin təhlükəsizliyinin artırılması nəzərə alınaraq yolda xüsusi nişanlanma işləri (Yavaş məktəb) də görülüb".

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səməd Seyidovun bu gün doğum günüdür
ABŞ-da yaşayan kimyaçı alim...
“AtaSığorta” ASC qatarla sərnişindaşıma avtobusunun toqquşması hadisəsi üzrə iri sığorta ödənişləri həyata keçirib
MƏİŞƏT TEXNİKASI VƏ ELEKTRONİKA SAHƏSİNDƏ CANLANMA! – “OPTİMAL LIVE” AÇILDI!
Məşhur şou ilk dəfə Azərbaycanda - Sevgililər gününə özəl
Arzu Rəhimov Hacıqabulda vətəndaşları qəbul edib
“CinemaPlus” da “Kafalar karışıq” filminin nümayişi keçirilib
Sabahın havası
Hava şəraiti ilə əlaqədar 41 nəfər sığınacağa yerləşdirildi
10 dərəcə şaxta olacaq, yollar BUZ BAĞLAYACAQ
Cüdo üzrə Amerika çempionu
Xəzərdə Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakıda külək dayanacağın damını uçurdu
“AtaSığorta” ASC Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir
Bakıda güclü külək sağlam ağacları aşırdı
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
Səhiyyə Nazirliyi: Kəskin hava şəraiti ilə bağlı xəstəxanaya müraciət edən olmayıb
Milli Məclisin 63 üzvünün səsi ilə deputat mandatı ləğv ediləcək
BNA kəskin hava şəraiti ilə bağlı xüsusi rejimdə fəaliyyət göstərir
Qərargah: Abşeronda küləyin sürəti arabir 35 m/saniyəyədək şiddətlənir
“Azərenerji” xüsusi rejimdə işləyəcək - Hava şəraiti ilə bağlı
“AtaTravel” Quba-Qusar-Şahdağ turu təşkil edir
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.