А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim keçirilib

24.01.19 | Bölmə: Təhsil | Baxış: 103 | Yazar: Celilova |
Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim keçirilib
 
 
 
 
 

Bakı Ali Neft Məktəbində (BANM) "SOCAR Türkiyə"nin maliyyə dəstəyi və təşkilatçılığı ilə Ali Məktəbin professor müəllim heyəti və administrativ kollektivi üçün "Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim keçirilib. Təlimdə həmçinin "SOCAR Türkiyə"nin İnsan Resursları üzrə direktoru Sibel Uğur və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Təlimdən öncə Ali Məktəbin rektoru Elmar Qasımov BANM-a göstərilən diqqət və təlimin təşkilatıçılığına görə Sibel xanıma və "SOCAR Türkiyə"nin rəhbərliyinə öz təşəkkürünü bildirib. BANM ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən S.Uğur isə bu təlimi yeni nəslin təhsilinin və təlim-tərbiyəsinin düzgün istiqamətdə təşkil edilməsinə bir töhfə kimi qiymətləndirib.

Təlim Türkiyənin tanınmış təqdimatçısı, 2013-cü ildən regionun ən böyük brendinq üzrə konfransı – "İnsanlar Brend Yaradır” konfransının yaradıcısı və kuratoru, 2006-cı ildən fəaliyyət göstərən beynəlxalq "Dinamo Consulting” şirkətinin həmtəsisçisi Evrim Kuran tərəfindən aparılıb.

 

Təlimdə E.Kuran iş yerində tədris edən və öyrənən nəsillər, müxtəlif illərdə anadan olmuş nəsilləri düzgün anlamağın yolları, 21-ci ərsin biliyi – təlimlərin rolu, yeni nəsillər üçün təhsilin yeni paradiqmaları, birgə təhsil, mikro təhsil, intuitiv təhsil, Y və Z (1996-cı ildən sonra anadan olanlar) nəsillərinin öyrənmə tərzinə dair rəqəmsal kontekst, digər nəsillərlə emosional ünsiyyət, Y Nəsli və iş yeri: motivasiya, qiymətləndirmə kimi mövzulara toxunub, bu sahədə illərlə bütün dünyada apardığı araşdırmalar və onların nəticələrindən bəhs edib.

Qeyd edək ki, eyni zamanda "Universum” Araşdırma və Konsaltinq şirkətinin Yaxın Şərq regionu üzrə direktoru olan E.Kuran "Teleqrafdan Tabletə” adlı kitabın müəllifidir. Onun məqalələri bir sıra milli və beynəlxalq jurnallarda və qlobal nəşrlərdə çap olunur.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Медицинская лаборатория Центрального Таможенного  Госпиталя получила международный сертификат ISO 15189:2012
Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 beynəlxalq sertifikatını alıb
Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.