А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Kirayə qaldığınız ev sizin ola bilər

28.01.19 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 253 | Yazar: Celilova |
Kirayə qaldığınız ev sizin ola bilər
 
 
 
 
 
 

Ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib.

Fonddan Melumat-merkezi.az-a verilən məlumata görə, təsdiq edilmiş qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılmasını nəzərdə tutur. Mexanizm çərçivəsində Fond tərəfindən müvafiq yaşayış sahələrinin ölkə vətəndaşlarına satmaq öhdəliyi ilə uzunmüddətli kirayəyə verilməsi həyata keçiriləcək. Kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçəcək.

Fond tərəfindən vətəndaşlara mənzillər tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunub, istifadə üçün yararlı vəziyyətdə kirayəyə veriləcək.

Mənzillərin kirayə verilməsi ilə bağlı əsas şərtlər aşağıdakılardır:

- kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

- müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri olmamalıdır;

- kirayə müqaviləsi 3 ildən 25 ilədək bağlanıla bilər;

 

- kirayə müqaviləsi bağlanıldıqda kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir;

- kirayəyə verilən mənzil sığortalanmalıdır (sığorta Fondun xərcləri hesabına aparılacaqdır).

Qaydanın tələblərinə əsasən kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Lakin, sonrakı dövrdə mənzilin alış qiymətini vaxtından qabaq ödəyən vətəndaşlar üçün Fond tərəfindən alış qiymətinin məbləğində güzəştlərin tətbiqi nəzərdə tutulur.

Mexanizm çərçivəsində müəyyən müddət kirayədə qalıb, sonradan yaşayış yerini dəyişən vətəndaşların hüquqlarının müdafiəsi də nəzərdə tutulub. Belə ki, qaydaya əsasən Fondun yazılı razılığı ilə kirayə müddətində (kirayə müqaviləsi bağlanan gündən 3 ildən tez olmayaraq) vətəndaşın kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilməsi mümkündür. Kirayə müddəti ərzində kirayəçi vəfat etdikdə isə, kirayə müqaviləsi üzrə hüquqlar kirayəçinin vərəsələrinə keçir.

Mexanizm çərçivəsində müraciətlərin növbəlilik əsasında elektron sistem vasitəsilə qəbulu nəzərdə tutulur.

Satmaq öhdəliyi ilə kirayə mexanizminin tətbiqi ilk növbədə həm ilkin ödənişi olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsi üçün kifayət etməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı - Yaş həddi müəyyənləşdi
Bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 20:00-a qədər işləyəcək
Vanqanın Azərbaycan haqqında dedikləri
Komendant saatına görə qatarların hərəkət cədvəli dəyişdi
İstanbulda Ermənistanın Azərbaycana qarşı təxribatına etiraz aksiyası keçirilib
Dağlıq Qarabağ problemi qardaş Türkiyə gündəmində
Vaqif Dərgahlı: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var
Türkiyəli jurnalist:
“Qarabağdan mənim də səsim gələcək!”- Məşhurlarımız orduya dəstək oldu
Emin Ağalarov Azərbaycana belə dəstək oldu
Hərbi vəziyyətə görə Bakıdan bu təyyarə reysləri ləğv edildi
Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib
Qismən səfərbərlik elan olundu - Kimlər və nə qədər müddətə orduya çağırıla bilər?
Ermənilər yaralı hərbçilərinin sayını açıqladılar
Bakıda gənclər və idmançılara çağırış
Azərbaycanda qismən səfərbərlik elan edilib
Azərbaycan və Fransa prezidentləri cəbhədəki vəziyyəti müzakirə etdi
Ərdoğan erməni xalqına MÜRACİƏT ETDİ
Erməni hərbçilər üçün xəstəxanada yer tapılmır - Düşmən böyük itki verir
Avstraliya mətbuatı erməni təxribatından yazdı
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib
Düşmən sonuncu dəfə xəbərdar edilir
Ermənistan tərəfi dezinformasiya yaymaqla öz itkilərini gizlətməyə çalışır
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.