“CinemaPlus”da popkorn festivalı keçirilib - FOTO/VİDEO
"Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında popkorn festivalı keçirilib.
Festivalın qonaqları bütün gün ərzində müxtəlif popkorn növlərini dequstasiya ediblər: küncütlü, karamelləşdirilmiş, meyvəli-şokoladlı, duzlu və şirin. Həmçinin, onlar üçün maraqlı sürpriz hazırlanıb, hansı ki, festivalın ən maraqlı hissəsi olub. DJ, animator, hündürboy kuklalar, uzunayaqlı, sehirbaz, fotoqraf və videoqrafın iştirakilə şou-proqram təşkil olunub.
Qonaqlar və tamaşaçılar böyük məmnuniyyətlə popkorn festivalına qatılıb, müsabiqələrdə iştirak edib, xatirə şəkilləri və selfi çəkdiriblər.
Tədbirin təşkilində dəstəyi KR Production göstərib.
"CinemaPlus” kinoteatrlar şəbəkəsi öz ənənəsini pozmayaraq, növbəti dəfə çox parlaq festival keçirib.
Köşə:
Reklam:
