А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Kollegiya sədri: Bölgələrdə vəkillərin sayı artırılmalıdır

12.02.19 | Bölmə: Cəmiyyət | Baxış: 5 | Yazar: Celilova |
Kollegiya sədri: Bölgələrdə vəkillərin sayı artırılmalıdır
 
 
 
 
 
 

Azərbaycanın bölgələrində vəkillərin sayı olduqca azdır.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib.

A.Bağırovun sözlərinə görə, bölgələrdə vəkil qurumları da azdır:

 

"Son bir il ərzində Azərbaycanda vəkillərin sayı xeyli artsa da, bölgələrdə bu proses çox zəifdir. Vəkillər kollegiyası 2004-cü ildə təsis edilib. Həmin vaxt ölkədə 300-dən bir az artıq vəkil fəaliyyət göstərirdi. 2018-ci ilə qədər ölkədə 934 nəfər vəkil var idi. Keçən il daha 600 nəfərdən artıq vəkil kollegiyaya qəbul edilib. Regionlarda da vəkillərin sayı iki dəfəyə qədər artıb. Amma bu yenə də azdır. Biz kollegiya olaraq heç kəsi məcbur rayona göndərə bilmərik. Bu, yalnız stimullaşdırıcı tədbirlərlə ola bilər. Biz bununla bağlı "Asan Xidmət"lə memorandum imzalamışıq. Memoranduma əsasən, regionlarda fəaliyyət göstərən "Asan Xidmət" mərkəzlərində vəkil büroları yaradılır. Artıq həmin bürolar fəaliyyətə başlayıblar. Bu çox uğurlu layihədir və nəticə də verir. "Asan Xidmət" mərkəzləri vəkillər üçün bütün şəraiti yaradırlar".

Kollegiya sədri bildirib ki, bununla yanaşı, ötən il regionda 11 vəkil qurumu təsis edilib:

"Məqsədimiz odur ki, hər bir şəhər və rayonda vəkil qurumu olmalıdır. Elə rayon var ki, orada bir neçə vəkil fərdi fəaliyyət göstərir. Amma biz istəyirik ki, həmin vəkillər birləşib bir büroda fəaliyyət göstərsinlər".


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda ilk dəfə rayon icra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıb
Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü
İlham Əliyev Beyləqandadır
Azərbaycanda
Şahmar Mövsümov: Azərbaycanda hasilat sahəsində şəffaflığın təmin olunması vacibdir
Müasirləşən və yenilənən AZTV
İlham Əliyevin Real TV-yə müsahibəsi - CANLI
Onlayn mediaya maliyyə yardımının ayrılması təklif edilir
Prezidentin köməkçisindən ictimaiyyətə mühüm ÇAĞIRIŞ
Azərbaycan-Niderland iqtisadi əlaqələri müzakirə edilib
Azərbaycanda yanğın hadisələri artıb, ölənlərin çoxu kişidir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kollegiya sədri: Bölgələrdə vəkillərin sayı artırılmalıdır
Prezident İlham Əliyev Real TV-yə müsahibə verib
Nizami rayonunda hesabat yığıncağı keçirilib
Dünyanın ən güclü donanmaları - Siyahıda AZƏRBAYCAN DA VAR
Oqtay Əsədov AXC-yə görə Binəli Yıldırıma təşəkkür etdi
Bakı şəhərində“ Villa Inn ” otelinin açılışı olub
Müğənni rahatlıq axtaranları
“AtaSığorta”nın qazancının bölüşdürülməsinə baxılacaq
Azərbaycanda qızıl və gümüş bahalaşıb
​
Bakıda həyat yoldaşını bıçaqla qətlə yetirən şəxs saxlanılıb - DİN
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.