А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Nizami rayonunda hesabat yığıncağı keçirilib

12.02.19 | Bölmə: Cəmiyyət | Baxış: 63 | Yazar: Celilova |
Nizami rayonunda hesabat yığıncağı keçirilib
 
 
 
 
 
 

Nizami Rayon İcra Hakimiyyətində 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Melumat-merkezi.az  xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun idarə və müəssisələrinin, təhsil, məktəbəqədər təhsil və səhiyyə ocaqlarının, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai birlik və təşkilatların nümayəndələri iştirak ediblər.

Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, 2018-cı ildə rayonda görülmüş işlər barədə məruzə ilə çıxış edib.

2018-ci ildə Prezident İlham Əliyevin Nizami rayonuna səfərlərindən söz açan A.Qasımov, ölkə başçısının ötən ilin 07 mart tarixində Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı mərasimində və 27 mart tarixində Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə B.Çobanzadə küçəsi ilə M.Abbasov küçələrinin kəsişdiyi ərazidə tikilmiş Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak etdiyini, 12 sentyabr tarixində Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilmiş Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olduğunu, 07 noyabr tarixində Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə "Bravo” marketlər şəbəkəsinin metronun "Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında, 21 dekabr tarixində isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimində iştirak etdiyini nəzərə çatdırıb.

İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə 2018-ci il fevralın 2-dən may ayının 15-dək rayon əhalisinin pulsuz tibbi müayinəsinin həyata keçirildiyini qeyd edən A.Qasımov, ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı olan 124447 nəfərdən 93594 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 3427 nəfərin ambulator, 214 nəfərin isə stasionar müalicəyə göndərildiyini diqqətə çatdırıb.

Yığıncağın sonunda İlham Əliyevə müraciət qəbul edilib.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Медицинская лаборатория Центрального Таможенного  Госпиталя получила международный сертификат ISO 15189:2012
Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 beynəlxalq sertifikatını alıb
Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.