Aqil Acalov: Azərbaycan və çeçen xalqlarının əlaqələri tarixlə sınanmışdır
Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, ictimai xadim Aqil Acalov Moskvada yaşayan çeçen və azərbaycanlıların arasında yaranmış münaqişə ilə əlaqədar öz fikrini bildirib.
"Əziz və dəyərli azərbaycanlı və çeçen müsəlman dostlar, qardaş və bacılar! Azərbaycan və Çeçenistanı bir-birinə tarixi, uzunmüddətli və daimi dostluq və əməkdaşlıq əlaqələri bağlayır. Moskvada baş vermiş insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq, və bununla da millətlərarası qarşıdurma yaratmaq cəhdi idi. Buna yol vermək olmaz! Çünki biz, Qafqaz adlı vahid, rahat və isti evdə yaşayan, bu böyük sivilizasiyanın və mədəniyyətin, iki xalqın qardaşlıq və dostluq əlaqələrinin varisləyirik. Azərbaycan və çeçen xalqlarının əlaqələri tarixlə sınanmışdır və nümunəvi xarakter daşıyır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun şəxsi dostluq münasibətləri və onların ötən ilin sonunda baş tutmuş görüşlərində bildirdikləri fikirlər bunun bariz nümunəsidir. Ümumilikdə, azərbaycanlılar, bütün qafqaz xalqlarının əsrlər boyu formalaşmış tarixini və dəyərlərini yüksək qiymətləndirir və hər zaman onları müdafiə etməyə çalışırlar.
Arzu Bayramova
(səs: 0)
Oxşar:
Bölmə: Gündəm
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanda pul bazasının həcmi kəskin artıb
03.04.21 | Son Xəbər » İqtisadiyyat
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
27.03.21 | Son Xəbər » Xarici xəbərlər
Neftçi İK Ağsu komandası qələbə qazandı
22.02.21 | İdman
İnsanlara inteqrativ tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
22.02.21 | Xəbər Lenti
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
19.01.21 | İqtisadiyyat
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət