Ən məşhur öpüşün müəllifi öldü - II dünya müharibəsini bitirən fotonun maraqlı tarixçəsi...
24.02.19 | Bölmə: Maraqlı Xəbər | Baxış: 2625 | Yazar: Admin |
20-ci əsrin ən önəmli fotolarından birinin məşhur ulduzu George Mendosa vəfat edib. Bir əsrə damğa vuran "İkinci Dünya Müharibəsi”ni dayandıran foto olaraq, xatırlanan bu görüntülər haqqında maraqlı məlumatları sizlərə təqdim edirik.
Fotoya baxdımız zaman George Mendosa və Greta Zimmer Friedmanın arasında dərin bir eşq olduğunu düşünmək olar. Lakin bir çoxları belə düşünsə də, əslində öpüşləri ilə dünyanın gündəminə oturan bu fotodakı iki şəxs bir-birilərini tanımırdılar.
İkinci dünya müharibəsinin sonu idi. Artq Yaponiyanın təslim olduğu xəbərləri yayılmağa başlamışdı. Nyu-Yorkda gənc dənizçilər və ağ geyimli, tibb bacısı işləyən qızlar sevincdən küçələrə axışmışdılar. Gənc dənizçilərdən biri sevincdən küçədə yürüyüş edən tibb bacılarından birinə sarılıb, onu öpmüşdü. 14 avqust 1945-ci ildə Nyu-Yorkda "Times” meydanında çəkilən foto bu günümüzə qədər gəlib çıxıb. Lakin fotodakı hər iki şəxs artıq həyatda yoxdur. 75 il sonra fotodakı hər iki şəxs həyatını itirib.
Georgenin vəfat etməsi ilə bağlı onun qızı mətbuata məlumat verib. Onun dediklərinə görə, atası ölməsəydi, iki gün sonra onun 96 yaşının tamam olmasını qeyd edəcəklərdi.
George 2012-ci ildə verdiyi bir müsahibədə foto haqqında bunları demişdi: "Okeandan yenicə gəlmişdik və sonunda müharibə bitmişdi. Savaşın bitməsinin sevinci və bir az da içkili olmağımın həyəcanı ilə o tibb bacısını öpmüşdüm”.
Fotodakı maraqlı detallardan biri də Georgenin tibb bacısını öpdüyü anda arxadan görüntüyə düşən qızın onun gələcək həyat yoldaşı olmasıdır.
Lakin George bu fotodakı şəxsin özü olmasını sübut etmək üçün illərini sərf etdi. Çünki orada yüzlərlə dənizçi var idi. Hamısı da eyni formada olduğu üçün bir çox gənc fotodakı şəxsin özü olduğunu iddia edirdi. Bu foto haqqında kitab yazan iki yazar isə Dəniz Hərbi Akademiyasının üz tanıma texnologiyası ilə fotodakı şəxsin George olduğunu sübut etməyi bacarmışdı.
Məşhur fotodakı öpülən qadın Gretta Zimmer isə 2016-cı ildə 92 yaşında vəfat edib. Öpülən qadın Zimmer bu fotodan 1960-cı ilə kimə xəbərsiz olub.
Greta Zimmer də həmin gün haqqında bunları deyib: "Elə də ciddi öpüş sayılmazdı. Sadəcə təbrik məqsədli bir an idi. Romantik bir özəlliyi yox idi. Öpülmək mənim seçimim deyildi. Adam gəldi, öpdü və getdi”.
Onların fotosunu çəkən fotoqraf 1980-ci ildə hər iki şəxsi taparaq, yenidən Nyu-Yorka gətirib. Fotoqraf "Times” meydanında onların oxşar fotosunu çəkərək, tarixi yenidən canlandırmağı bacarıb.
(səs: 0)
Oxşar:
Bölmə: Son Xəbər » Xarici xəbərlər
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
07.12.20 | Cəmiyyət
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
26.11.20 | Cəmiyyət
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Ekspress avtobuslar belə işləyəcək
17.10.20 | Cəmiyyət