А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Problemli kreditlərlə bağlı hansı tədbirlər görülməlidir?

25.02.19 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 150 | Yazar: Celilova |
Problemli kreditlərlə bağlı hansı tədbirlər görülməlidir?
 
 
 
 
 
 

Problemli kreditlərlə bağlı bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Bunu Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır: "Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır”.

 

Bəs problemli kreditlərlə bağlı hansı tədbirlər görülməlidir? Bu kreditlərdən necə qurtulmaq olar?

 

Mövzu ilə bağlı Azadinform-un suallarını cavablandıran iqtisadçı alim Vüqar Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) apardığı sorğunun nəticələri Azərbaycanda vətəndaşları ən çox narahat edən məsələlərdən birinin problemli kreditlər olduğunu göstərir: "Bu məhz bu gün keçirilən müşavirədə dövlət başçısı tərəfindən xüsusi ilə qeyd olundu. Bu baxımdan da dövlət başçısının tapşırığı ilə problemli kreditlərin həlli ilə bağlı xüsusi komissiyanın, işçi qrupunun yaradılması və bu istiqamətdə fəaliyyətin genişləndirilməsi təqdirəlayiqdir. Bu nəticə etibarı ilə, yaxın zamanlarda vətəndaşlarımızı narahat edən məsələlərdən birinin həlli istiqamətində addımların atılacağından xəbər verir. Biz İqtisadi və Sosial İnkişaf mərkəzi olaraq, ilk dəfə 2015-ci ildə problemli kreditlərin həlli ilə bağlı təkliflərimizi hökumətə təqdim etdik. Əslində, bu təkliflərin müzakirəsi hökumət tərəfində aparılıb. Bizim fəxri qurumlarda – Mərkəzi bankda, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirdiyimiz görüşlərdə məhz bu təkliflərin qəbul edilməsi və tətbiqi məsələsi də müzakirə edilib. Eləcə də, axırıncı dəfə Mərkəzi bankda keçirdiyimiz görüşdə müzakirə edilən məsələlərdən biri də problemli kreditlərin həlli istiqamətində addımların atılması idi”.

V. Bayramov əlavə edib ki, ilkin hesablamalara görə, tələb edilən məbləğ 800 milyon manata yaxın idi: "Təbii ki, söhbət 1 milyard 585 milyon manatlıq problemli kreditlərin sağlamlaşdırılmasından və daha çox xarici valyutada olan kreditlərə güzəştin tətbiq edilməsindən gedir. Bu baxımdan, üçtərəfli güzəşt mexanizmini təklif etdik. Təklif etdiyimiz mexanizmə görə, fərqin tərəflər arasında bölüşdürülməsini daha məqsədəuyğun hesab edirik. Bu halda artıq vətəndaş 1.70 kursu ilə deyil, 1.06 kursu ilə ödəniş edəcək, həm də onların faizlərinə də güzəştlər tətbiq ediləcək. Bu isə vətəndaşlarımızın həm aylıq ödəniş məbləğinin azalmasına, həm də onların sosial müdafiəsinin gücləndirilməsinə imkan verəcək. Ona görə də problemli kreditlərin həlli istiqamətində addımların atılması təqdirəlayiqdir. Yəni biz yaxın vaxtlarda problemli kreditlərin həlli ilə bağlı rəsmi paketin qəbul edilməsini və icrasını müşahidə edə bilərik”.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.