А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Problemli kreditlərlə bağlı ötən ildən fəal iş aparılır

25.02.19 | Bölmə: İqtisadiyyat | Baxış: 143 | Yazar: Celilova |
Problemli kreditlərlə bağlı ötən ildən fəal iş aparılır
 
 
 
 
 

2019 sosial sahədə inqilabi islahatlar ili olacaq.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə qeyd etdi ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaratdı. Prezident İlham Əliyev daim sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanların ilk növbədə məhz sosial sferaya yönəldilməsini təmin etdi. Beləliklə minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi kimi mühüm addımlar qısa müddətdə atıldı və Prezident bütün bunları həyata keçiriləcək böyük sosial paketin yalnız bir hissəsi kimi qiymətləndirdi".

Bunu Melumat-merkezi.az-a açıqlamasıda Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu dedi.

Onun sözlərinə görə, doğrudan da qısa müddətdə belə mühüm qərarların qəbul edilməsi 2019-cu ili sosial sahədə inqilabi islahatlar ili kimi qiymətləndirməyimizə əsas verir:

"Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir, şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı, eyni zamanda, bu il şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Bu günə qədər isə 6500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər verilmişdir. Bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırıldı, minimum pensiyaların məbləği 38 faiz qaldırılaraq 116 manatdan 160 manata çatdırıldı. Beləliklə də bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq bu da hələ son hədd deyil. Prezident İlham Əliyev bu istiqamətdə işlərin bundan sonra da davam etdirliləcəyini bildirdi".

Deputat əlavə etdi ki, ən mühüm məsələlərdən biri də problemli kreditlərlə bağlı idi, bu, olduqca mürəkkəb və çoxmərhələli həll yolu tələb edən bir problemdir. Prezident İlham Əliyev artıq bununla bağlı da mühüm qərarların qəbul ediləcəyini bildirərək qeyd etdi ki, Azərbaycan problemli kreditlər məsələsini həll etməklə ciddi nümunə göstərəcək. Biz istəyirdik ki, problemli kreditlərlə bağlı məsələ ətrafında ictimai müzakirələr aparılsın və buna nail olduq. Problemli kreditlər məsələsi üzərində ötən ildən başlayaraq fəal iş aparılır. Yaxın gələcəkdə problemli kreditlərlə bağlı məsələ də öz həllini tapacaq:

"Göründüyü kimi, artıq xeyli müddətdir ki, bu istiqamətdə işlər aparılır və məqsəd odur ki, MDB-nin bəzi ölkələrində anoloji problemin həlli ilə bağlı qəbul olunmuş qərarların icrası ilə bağlı problemlər Azərbaycanda təkrar olunmasın. Tez bir zamanda icra edilsin. Biz bilirik ki, bəzi ölkələrdə bənzər qərarlar qəbul edilsə də problem həll edilmədi, çünki onun icra mexanizmi və maliyyə mənbələri düzgün müəyyən edilməmişdi. Azərbaycanda isə buna yol verilməyəcək və bu problem də öz həllini tapacaq. Bütün bunlar Azərbaycan Prezidentinin planlı sosial siyasətinin tərkib hissəsidir və vətəndaşların sosial rifahının təmin olunmasına yönəlib".


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.