А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün aylıq 200 manat ödənəcək

25.02.19 | Bölmə: İqtisadiyyat | Baxış: 203 | Yazar: Celilova |
Sağlamlıq imkanları məhdud uşaqlar üçün aylıq 200 manat ödənəcək
 
 
 
 
 

"Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar indiyə qədər 82 manat müavinət alırdılar, bu, 83 faiz artırılaraq 150 manata çatdırılır. Əlavə olaraq, onlara qulluq edən şəxslərə də 50 manat Prezident təqaüdü təyin olunur”.

ONA-nın məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla bağlı keçirdiyi mətbuat konfransında bildirib.

S. Babayev deyib ki, dövlətin sağlamlıq imkanı məhdud bir uşaq üçün ayırdığı aylıq vəsait 200 manata çatır: "İndiyə qədər bu vəsait 82 manat idi. Əlilliyi olan 256 min vətəndaşımızı əhatə edirik. Sırf əlilliyi olan şəxslərlə bağlı maliyyə paketimiz əlavə olaraq, 250 milyon sosial müavinətlərdə, 26 milyon manat təqaüdlərdə artır. Pensiya ilə bağlı əlavə də nəzərə alınsa, 300 milyon manat paket məhz əlilliyi olan şəxslərə əlavə müavinət və təqaüdlərin ödənilməsi üçün sərf olunacaq. Təqaüdlərin içərisində müharibə əlilləri və onlara bərabər tutulan şəxslərlə bağlı olaraq, birinci qrup üçün 250 manat, ikinci qrup üçün 230 manat, üçüncü qrup üçün 210 manat təqaüd təyin olunur”.

Nazir nəzərə çatdırıb ki, ümumi səbəbdən əlilliyi olanlar 73 manat Prezident təqaüdü alıblar: "Pensiya alan zaman isə onların pensiyalarına 33 manatlıq əlavə edilirdi. Biz bu iki müavinətin yerinə vahid Prezident təqaüdünü 100 manat məbləğində təyin edirik. Həm sosial müavinət alanların təqaüdləri 73 manatdan 100 manata qalxacaq, həm də pensiya alanların 33 manatlıq əlavəsi də 100 manata qalxacaq”.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Teletənqidçilər TV-ləri nişan aldı
227 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.