"Federasiyanın gördüyü işlər sırf Azərbaycanda sağlam ruhda nəslin yetişməsində böyük və əhəmyyətli rola malikdir" Arzu Bayramova
Azərbaycanı beynəlxalq səviyyədə tanıtdırmaq bu özü böyük hünər,güc,bilik tələb edir həmdə sadaladıqlarımla birgə vətənə,torpağa dəyəri ölçülməz sevgi. Bütün bunlar bir vəhdət təşkil edəndə artıq həmin insanın ölkə üçün nələr etidiyini və edəcəklərini təxmin etmək heçdə çətin olmur.Bütün bu sözlərimi deməyim bu gün əbəs yerə deyil. Azərbaycanı beynəlxalq müstəvidə layiqincə təmsil edən, beynəxalq səviyyəli federasiyanın rəhbəri Aqil Acalovdandır. Aqil Acalovun Beynəlxalq Avrasiya Kombat Ciu-Citsu federasiyasına prezident təyin edilməsindən nə az nə çox 1 il keçib.Bu 1 ildə federasiyanın gördüyü işlər gənclərimizə sağlam gələcək təbliği ilədə yanaşı digər dövlətlərdə Azərbaycan bayrağını layiqli təmsil etmək olub.Söylədiyim bu xəbəri düz 1 il öncə hazırlamışdım eyni bu günki,həyəcanla.Çünki,ilk öncə layiqli vətəndaşın,gəncin daha sonra da bir dostun uğuruna sevinmək budur yəqin.
Ötən 1 ildə Beynəlxalq Avrasiya Kombat Ciu-Citsu Federasiyası naliyyətləri həm ölkə gündəmində, həmdə xarici mətbuatda yayınlandı. Federasiyanın ən yadda qalan naliyyətlərindən biri Godzilla Groupla birlikdə dünyaca məşhur idmançı,əfsanəvi UFC döyüşçüsü,məşhur Ciu-Citsu ustası Royce Qreysi'nin Bakıya dəvəti qəbul edərək gəlməsi oldu.Daha sonra Heydər Əliyev mərkəzi AKCCF birgə layihəyə imza atdı,bütün bunlarla yanaşı həm paytaxt Bakıda, həm ümumrespublikada,həmdə xarici ölklərdə bir sıra yarışlar təşkil edildi. Bir il ərzində federasiyanın rəhbəri Aqil Acalaov vitse prezidenti Rəsul Məmmədov və eyni zamanda federasiya əməkdaşları yorulmadan çalışdılar.Hazırda ölkəmizə idman qayğısının yüksəldiyi bir vaxtda AKCCF-da gənclərimizi sağlam ruhda olmağa səsləyir müntəzəm olaraq federasiyanın gördüyü işlər sırf Azərbaycanda sağlam ruhda nəslin yetişməsində böyük və əhəmyyətli rola malikdir.
Qeyd edək ki,Aqil Acalov fevralın 2-də Azərbaycan Brazilya Ciu-Citsu İB-nin prezidenti vəzifəsinə layiq görülüb.
Xatırladaq ki, Acalov İqtisadiyyat üzrə fəlsəfə doktoru və idman sahəsində yetərincə təcrübəsi olan gənc kadırdır. Dünya Alpaqut Federasiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olub. İctimai-siyasi sahələrdə də kifayət qədər xidmətləri olan Aqil Acalov bir sıra ölkədaxili və beynəlxalq idman yarışlarının təşkilatçısıdır.
//Baş Redaktordan//
Köşə:
Reklam:
