А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

3- cü BAKI VEGAN BOOM-U BAŞ TUTDU

06.03.19 | Bölmə: Cəmiyyət | Baxış: 218 | Yazar: Celilova |
3- cü BAKI VEGAN BOOM-U BAŞ TUTDU
 
 
 
 
 


 Dünyanın bir çox ölkəsində  trendə çevrilən VEGAN BOOM artıq 3- cü ildir ki, paytaxt Bakıda da keçirilir. Sağlam həyat tərzi sürənlər bu dəfə Bulvar otelin "The Green Kitchen” restoranında bir araya gəldi. 450 nəfərdən çox qonağın iştirakı isə VEGAN BOOM- a marağın getdikcə artdığını göstərirdi. Melumat-merkezi.az xəbər verir ki, sağlam həyat tərzi layihəsinin ideya müəllifi və baş təşkilatçısı Boomerang Label şirkətinin direktoru Nigar Məmmədova deyir ki, tədbirə bu il maraq ötən ilkindən 2 dəfə çoxdur:

 

" Əvvəlki illərdə biz  dünya trendi olan VEGAN BOOM-a daha çox gənclərdə maraq görürdüksə, bu dəfə orta, hətta yaşlı nəslin nümayəndələri belə bura üz tutub. Bu isə onu göstərir ki, sağlam qidalanma təkcə fərdlərin yox, ailələrin həyat tərzinə çevrilir. Bu yanaşma  tədbirimizin  Ukraynadan dəvət olunmuş məşhur veqan aşpazı Konstantin Stolyarovu  da sevindirir və həvəsləndirir. Ona görə də O, Bakıya hər il fərqli veqan reseptləri ilə gəlir”.

 

   Məşhur Ukraynalı aşpazın bu dəfə  hazırladığı vegeterian yeməkləri arasında xüsusi reseptlər də təqdim olundu. Konstantin Stolyarov qonaqlara əsl veqan pendirinin necə hazırlanması sirrini açdı. Tədbir boyu aşpazı izləyən və pendiri necə hazırlamasını telefonları ilə çəkən iştirkakçıların bundan sonra mağazadan pendir istehlak edəcəkləri inandırıcı deyil. Çünki, onlar artıq damaq dadlarına uyğun pendirin hazırlanma qaydasını bilirlər.  

 

 Tədbirin maraqlı məqamlarından biri də, həyatımızın  vazkeçilməz, dadlı təamı şiriniyyatların hazırlanması idi. "Yumurtasız şirniyyat olar?” deyənlərə Konstantinin təqdim etdiyi nümunə isə sözün həqiqi mənasında möcüzəli təam idi.  

 

Master-klasslar bitdikdən sonra iştirakçılar açıq bufetdə təqdim olunann  veqan mətbəxinin isti və soyuq yeməklərini daddılar. Pomidor şorbası, mərci pətəsi və təvəzli aş ən bəyənilən təamlar sırasında idi. Peşəkar veqan aşpaz Konstantin  bütün yeməkləri  ölkəmizdə istehsal edilən Zeytun Bağları yağları ilə hazırlayır. Bakının Dübəndi kəndində istehsal edilən Zeytun Bağları yağları artıq ölkə sərhədlərindən kənarda da tanınır və sevilir . Qatqızısız Zeytun bağları yağları sağlam qidalanan insanların əvəzsiz seçimidir. Ukraynalı aşpaz da veqan mətbəxinin yeməklərini məhz bu yağlarla hazırlayır. Deyir ki, yeməklərinin dadlı alınmasının sirri Azərbaycan təbiətinin sovqatı olan Zeytun bağları yağlarındadır:

 

" Bəzən olur ki, biz mətbəxdə yemək hazırlayanda əlcəklərdən istifadə edirik. Bu üsulu bəziləri əllərini qorumaq, yeməyin təmiz olması , kimisi də əllərinin tez –tez bulaşmaması üçün seçir. Amma unuduruq ki, əlimizdən yeməyə ötürdüyümüz enerjinin onun dadlı alınmasında xüsusi rolu var. O ki, qaldı əllərinin tez- tez bulaşmasından narahat olanlara, biz bu problemimizi "Aura” kağız məhsullarından olan salfetləri ilə həll etdik. Siz də bizim kimi edə bilərsiniz.”

 

Tədbirdə o da vurğulandı ki, qlobal problemlər yaşanan dünyada sağlam həyat tərzi sürmək insanı fiziki cəhətdən güclü etməklə bərabər həm də stresdən uzaqlaşdırır.  VEGAN BOOM-un qonaqları sonda  aşpazla xatirə şəkli  çəkdirdilər və təşkilatçılara belə qeyri-adi tədbirlərin gələcəkdə daha sıx təşkil olunmasını arzuladıqlarını bildirdilər.           

 

3- cü BAKI VEGAN BOOM-U BAŞ TUTDU

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.