А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Ucarda ana və qızının ölümünə səbəb olan sürücü həbs edildi

06.03.19 | Bölmə: Gündəm | Baxış: 158 | Yazar: Celilova |
Ucarda ana və qızının ölümünə səbəb olan sürücü həbs edildi
 
 
 
 
 
 

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu martın 3-də Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 

Məlumata görə, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində iki nəfər ölüb.

Fakta görə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. 

İstintaqla Cavadov Rəşad Rəhim oğlunun idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərlini vuraraq ölümlərinə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Martın 5-də R.Cavadova Cinayət  Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Qala” Taekvondo Klubunun 14 illiyinə həsr edilən klublararası yoldaşlıq görüşü keçirilib
Tanınmış jurnalist sayt açdı — Səhhət.az
Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
Müsavatın
İranda məktəblər bağlandı - SƏBƏB?
“CinemaPlus”da “Ford Ferrariyə qarşı”
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri baş tutub
Şuranın dəstəklədiyi layihə yekunlaşıb
Doktoranturaya qəbul qaydaları DƏYİŞDİ
Sadə, təmtəraqsız, qaydalara uyğun – Füzulidə yas mərasimləri
Miqrant alveri edən azərbaycanlılar tutuldu - Almaniyada - SİYAHI
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Şəhid qızı: “Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib”
Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar…
Nazirliyin Apellyasiya Şurası Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya qərar verdi
“Qala” Taekvondo klubunun idmançıları Tbilisidən iki medalla qayıdıb
Azərbaycanda yağıntıların az olması ilə bağlı bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub - Azərsu
Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.