А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

İran-Azərbaycan sərhədində atışma: ölən var - VİDEO

12.03.19 | Bölmə: Son Xəbər » Gündəm | Baxış: 20 | Yazar: Celilova |
İran-Azərbaycan sərhədində atışma: ölən var - VİDEO
 
 
 
 
 
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirləri qətiyyətlə davam etdirir.

DSX-nin mətbuat mərkəzindən Melumat-merkezi.az-a bildiriblər ki, martın 12-də saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində hərəkət edən 6 nəfər silahlı naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq odlu silahdan sərhəd naryadına atəş açıblar.

"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, sərhəd naryadı tərəfindən silah tətbiq edilib. Sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib. İran sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 bağlamada külli miqdarda heroin və tiryək, güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 millimetr çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçiriblər. Əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verilib. DSX rəisi İranın Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşüb. Sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub.

Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını almış hərbi qulluqçular təltif edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi şəhid ailələrinə bayram sovqatı çatdırıb
“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb
Rusiyadan Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
“Kaspersky Lab”: Azərbaycan fişinq hücumlarının sayına görə 79-cu yerdədir
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər
Zakir Həsənovdan BAYRAM TƏBRİKİ
Məmmədyarov çilili həmkarı ilə görüşüb
Sürücülərin NƏZƏRİNƏ - Bu yol...
Sabahdan Novruz tətili başlayır
Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Bu gün Azərbaycanda İlaxır çərşənbədir
Prezident İlham Əliyev BƏƏ-nin nazirini qəbul edib
“ADA” Universiteti və “Coca-Cola” Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
Bakıda insanlar üçün ölüm təhlükəsi - FHN ƏMƏLİYYAT KEÇİRDİ
Azərbaycanda virtual valyuta fırıldağı
Bakının mərkəzində işıqforlarda yaranan problem HƏLL EDİLDİ
Hikmət Hacıyev: Azərbaycanın da səbrinin həddi var
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.