А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Türk Hava Yolları “Böyük köç”ə hazırlaşır

12.03.19 | Bölmə: İqtisadiyyat | Baxış: 57 | Yazar: Celilova |
Türk Hava Yolları “Böyük köç”ə hazırlaşır
 
 
 
 
 
 

Türk Hava Yolları türk aviasiya tarixinin ən böyük dəyişimi üçün artıq hazırdır. Melumat-merkezi.az xəbər verir ki, İstanbul hava limanına böyük köç 5 aprel 2019-cu il tarixində, gecə saat 03:00-da başlayacaq. Qlobal aviasiya tarixində unikal olan bu hadisə ümumilikdə, 45 saat davam edəcək və 6 aprel tarixində saat 23:59-dək yekunlaşdırılacaq. Köçürüləcək avadanlıqların ümumi ölçüsü 33 futbol meydançası qədərdir. Böyük köçü plana uyğun olaraq uğurla həyata keçirmək üçün Atatürk və İstanbul hava limanlarında 6 aprel tarixində saat 02:00-dan 14:00-dək olan bütün planlaşdırılmış sərnişin uçuşları təxirə salınacaq.

 

"Bütün dünyanın şahidlik edəcəyi bu köçdən sonra biz yeni bir günə başlayacayıq. Bu gündən etibarən qarşımızda yeni səhər, yeni dönəm açılır. Bu dönəmdən Türk Hava Yollarının təyyarələri yeni evlərindən – İstanbul hava limanından enib və qalxacaq. Mən ümid edirəm ki, bu addım həm ölkəmizə, həm də şirkətimizə böyük uğur gətirəcək” - deyə Türk Hava Yollarının İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.

 

Qeyd edək ki, Atatürk hava limanının İstanbul hava limanına köçürülməsinin birinci mərhələsi 29 oktyabr 2018-ci il tarixində artıq baş tutub.

 

Atatürk hava limanından ediləcək son səfərin tarixi məlum oldu.

 

Atatürk aeroportundan baş tutacaq son uçuş İstanbul – Sinqapur reysi olacaq. Köçdən sonra, 6 aprel saat 14:00-dan etibarən bütün uçuşlar İstanbul hava limanından həyata keçiriləcək.

Yeni aeroportdan baş tutacaq ilk uçuş isə İstanbul - Ankara reysi olacaq. Daha sonra İstanbul hava limanından baş tutacaq uçuşların sayı plana uyğun olaraq mərhələlərlə artırılacaq.

 

Hava limanı kodları dəyişir

 

Köçün birinci mərhələsindən sonra İstanbul hava limanında fəaliyyət göstərən milli avia şirkətin daşıyıcısının əlavə sərnişin təyyarəsi ISL kodu ilə göstərilib. Böyük köçdən sonra IATA kodları dəyişiləcək və 6 aprel tarixində saat 03:00-dən sonra Atatürk Aeroportunun kodu olan IST kodu İstanbul hava limanına veriləcək. Yük və VİP uçuşları həyata keçirəcək olan Atatürk hava limanı ISL kodunu istifadə edəcək.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Bakıda su borusu partladı
Bakıda vəzifəli şəxsin avtomobili  yandı
Türkiyə İmamoğluna görə Avropa İttifaqına üzv ola bilməyəcək
Elmar Məmmədyarov Fransaya getdi
Bu günə qədər problemli kreditlərə nə qədər pul ayrılıb?
İlanlarla bağlı əhaliyə xəbərdarlıq
Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır
Mərkəzi Bank Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi barədə
Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatası sədrini qəbul edib
Orxan Məmmədov: KOBİA Azərbaycanda nümayəndəliklər şəbəkəsini genişləndirəcək
Məşhur “Pokemon. Detektiv Pikaçu” animesi premyeradan 3 gün öncə“CinemaPlus”da nümayiş olunub
AtaBank-ın plastik kart müştərilərinə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.