А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Erkən nikahların sayı artır - QORXUNC STATİSTİKA

13.03.19 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 34 | Yazar: Celilova |
Erkən nikahların sayı artır - QORXUNC STATİSTİKA
 
 
 
 

"Erkən nikah problemi bütün dövrlər üçün cox ciddi və aktual məsələdir. Bəzən deyirlər ki, erkən nikah probleminin kökündə adət-ənənə, savadsızlıq dayanır. Mən isə  bunun kökündə iqtisadi məsələlərin dayandığını düşünürəm”. Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

Millət vəkili bildirib ki, qadınlar üçün xüsusilə rayon yerlərində kifayət qədər iş yerləri olmalı, peşə hazırlığı təşkil edilməlidir: "Valideyn bilməlidir ki, onun qızı peşəyə yiyələnib özünə iş tapacaq. Belə olsa, erkən nikah problemi ciddi surətdə azalacaq. Cənab Prezidentin son dövrlərdə apardığı siyasət də buna yönəlib. Rayonlarda xalçaçılıq sənətinin inkişafı qadınların məşğuliyyəti üçün geniş imkanlar açacaq. Kənd təsərrüfatı sektorunun-baramaçılıq, meyvəçiliyin və s. inkişafı qadınlarımızn iş tapmasına imkan yaradacaq".

M.Quliyevin dediyinə görə, bu gün təhsil və səhiyyə sahəsində çalışanların 80 faizi qadınlardır. "Məsələn, nə üçün polisdə qadınlar olmasın?Yaxud gömrük sahəsində sayları az olsun? Bunlara situmul verdikcə, yaxşı nümunələrin sayı artdıqca, erkən nikah problemi də aradan qalxacaq. İqtisadi əsaslar yaratmadan qadağa və təbliğatla bu problemin qarşısını almaq olmaz”.

Millət vəkili əlavə edib ki,  hər bir qadın ayağı üzərində dayanmağı bacarmalıdır. Onun sözlərinə görə, ayağı üzərində dayanmağı bacaran qadın gələcəkdə ailəsi dağılsa da, ciddi problemlərlə üzləşməz.

M.Quliyev bildirib ki, qızların təhsilinə oğlanlardan daha çox önəm verilməli, erkən nikah problemi ilə bağlı məktəblərdən maarifləndirmə aparılmalıdır: "Müəllimin özü bununla bağlı ali təhsil ocağında maarifləndirilməlidir ki, daha sonra təbliğatı aparsın. Bundan başqa, ailə həkimləri bu işdə rol almalıdır. Maarifləndiməni aparmaq üçün mobil qruplar olmalıdır ki, onların da önündə bələdiyyələr dayanmalıdır. Sosial bələdiyyə üzvləri bu işləri görməlidirlər. Amma xüsusilə kənd yerlərindəki bələdiyyələrin bu sahədə məlumatları yoxdur”.

Deputat erkən nikah probleminin qarşısının alınması üçün ən geniş auditoriyanın isə televiziya, sosial şəbəkələr, elektron KİV-lər olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda 18 yaşından daha tez nikaha girilməsi problemi hələ də aktullaığını saxlayır.

Erkən yaşda evlənənlər arasında nikaha girməyənlər olduğundan onların hər biri statistik rəqəmələrdə özünü göstərməsə də, 18 yaşınadək ailə quranların sayı az deyil.

Belə ki, 1980-ci ildə ölkədə 60134 nikah qurulub ki, həmin il nikaha girən qızların 167-si 18 yaşı tamam olmayanlar olub. 1995-ci ildə 43130 nikahdan erkən nikaha girən qızların sayı 4030 olub.

2000-ci ildə bağlanan 39611 nikahdan 2473-ü,  2010-cu ildə 79172 nikahdan 4742-si, 2015-ci ildə bağlanan 68773 nikahdan 388-si, nəhayət 2017-ci ildə bağlanan 62923 nikahdan 317-si 18 yaşınadək olan qızlar olub.

Qızlarla yanaşı, oğlanlar arasında da erkən nikaha daxil olanlar olur.

1980-ci ildə bağlanan nikahlarda 6 oğlan, 1990-cı ildə 21, 1995-ci ildə 44, 2000-ci ildə 11, 2006-da 50, 2015-ci ildə 3, 2015-də isə 1 oğlan 18 yaşını tamamlamadan nikaha daxil olub.   

Qeyd edək ki, hazırda Azərbaycanda n


 
 
 
 
 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Bakıda su borusu partladı
Bakıda vəzifəli şəxsin avtomobili  yandı
Türkiyə İmamoğluna görə Avropa İttifaqına üzv ola bilməyəcək
Elmar Məmmədyarov Fransaya getdi
Bu günə qədər problemli kreditlərə nə qədər pul ayrılıb?
İlanlarla bağlı əhaliyə xəbərdarlıq
Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır
Mərkəzi Bank Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi barədə
Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatası sədrini qəbul edib
Orxan Məmmədov: KOBİA Azərbaycanda nümayəndəliklər şəbəkəsini genişləndirəcək
Məşhur “Pokemon. Detektiv Pikaçu” animesi premyeradan 3 gün öncə“CinemaPlus”da nümayiş olunub
AtaBank-ın plastik kart müştərilərinə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.