А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir

14.03.19 | Bölmə: İqtisadiyyat | Baxış: 58 | Yazar: Celilova |
“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir
 
 
 
 
 

ünyanın ən çox tanınan brendlərindən olan və ən iri sərinləşdirici içki istehsalçısı "Coca-Cola” Novruz bayramı ərəfəsində "Bu Novruz sənə nə gətirsin?” adlı marketinq kampaniyasına start verib.

Bu kampaniyaya Novruz bayramına həsr edilmiş, yaradıcı üslubu ilə seçilən reklam çarxının televiziyada yayımı və insanlarla birlikdə bayram sevincini paylaşmaq üçün Azərbaycan regionlarına səfər edən Novruz karvanı daxildir.

Coca-Cola ölkənin qədim və ən sevilən bayramı olan Novruza xüsusi rəng qatmaq, insanlarla birlikdə bayramı daha maraqlı qeyd etmək üçün ölkədə ilk dəfə olaraq bu cür möhtəşəm kampaniyaya start verib. Belə ki, sevilən müğənni Miri Yusif və futbol üzrə Azərbaycan Millisinin tanınmış qapıçısı Kamran Ağayevin iştirakı ilə çəkilən "Bu Novruz sənə nə gətirsin?” adlı yeni reklam çarxı da televiziya seyircilərinə təqdim edilib. Novruz bayramının adət-ənənələrini əks etdirən elementlərlə zəngin reklam çarxı insanların böyük marağına səbəb olub. Milli mətbəxin nəfis nümunələri, Bahar qızı, Novruz şirniyyatları, səməni, tonqal üzərindən tullanma, papaq atmaq, qulaq falı, yumurta döyüşü kimi Novruz adətlərini əks etdirən çarx əsl bayram coşqusu yaradır.

Bundan başqa, xüsusi bəzədilmiş Coca-Cola yük maşınlarından ibarət Novruz Karvanı mart ayının 5-dən başlayaraq hər bayram çərşənbəsində bir bölgəyə səfər edərək insanlara əyləncə dolu şənlik proqramı təqdim etməkdədir. Bərəkət, şans, uğur, sürpriz və birlik mövzulu "Coca-Cola”nın Novruz karvanı artıq Şəki və Gəncə şəhərlərinə səfər edib, növbədə isə Sumqayıt və Bakı sakinləri ilə görüş nəzərdə tutulur.

Milli adət-ənənələri dəstəkləmək və Novruz bayramı şənliklərinə qoşulmaqla Coca-Cola şirkəti öz istehlakçılarına daha da yaxın olmağa çalışır. Bahar bayramında Azərbaycanda insanların bir-birinə dilədikləri arzuları ölkə miqyasında paylaşmaq məqsədilə şirkət belə arzulardan bir neçəsini əfsanəvi Coca-Cola brendində etiket vasitəsilə əks etdirərək satışa çıxarıb. Ölkənin əksər ərzaq mağazalarında üzərində "Bərəkət”, "Birlik”, "Xoşbəxtlik”, "Uğur”, "Sevgi” kimi diləklər əks olunmuş Coca-Cola məhsulları satışa artıq təqdim edilib.

Coca-Cola şirkətinin Qafqaz regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Meneceri Elşad Fərzəliyev bu reklam çarxının Coca-Cola tərəfindən Novruza həsr edilmiş artıq sayca üçüncü reklam çəkilişi olduğunu bildirib.

"Coca-Cola ən sevilən qlobal brend olaraq hər zaman fəaliyyətdə olduğu ölkələrin mədəniyyəti, adət-ənənələri, dəyərləri və tarixinə böyük rəğbət və ehtiramla yanaşır. Biz bilirik ki, Nozruz bayramı Azərbaycan xalqının ən sevimli və qədim bayramıdır. Dünyanın bir sıra ölkələrində qeyd edilməyinə baxmayaraq, Azərbaycanda bu bayram özünün möhtəşəmliyi və zənginliyi ilə seçilir. Məhz Azərbaycanın səyləri nəticəsində Novruz YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil edilmiş və BMT tərəfindən Martın 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. Biz də Coca-Cola olaraq Novruz Bayramında Azərbaycan xalqı ilə birlikdə olmaq, birlikdə bu bayram sevincini yaşamaq və ən xoş arzularımızı çatdırmaq üçün xüsusi kampaniyaya başladıq. Ümid edirik ki, həm reklam çarxımız, həm də Novruz Karvanımız hər kəsi sevindirəcək və zövqünü oxşayacaq. Qarşıdan gələn Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, xoşbəxtlik, bərəkət, uğur, sülh, sevinc arzu edirik”, - deyə "Coca-Cola” şirkətinin nümayəndəsi təbrik mesajını çatdırıb.

“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir
 
“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir
 
“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Deportasiyadan Etnik Təmizləməyə  Gedən Yol” adlı sənədli filmin çəkilişlərinə başlanıldı
Cəsarətli və güclü vətənpərvər - Davud İmanov + FOTOLAR
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəlib
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
Rayon maşınlarının Bakıya girişi qadağan edilir
Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb
Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Bakıda su borusu partladı
Bakıda vəzifəli şəxsin avtomobili  yandı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.