А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb (VİDEO)

14.03.19 | Bölmə: Cəmiyyət | Baxış: 35 | Yazar: Celilova |
Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb (VİDEO)
 
 
 
 
 
 
 

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qurumun fəaliyyəti ilə bağlı tanıtım video çarxı təqdim edilib.

Melumat-merkezi.az xəbər verir ki, tanıtım videosunun hazırlanmasında əsas məqsəd Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, xidmət bölmələri, göstərilən xidmətlər barədə məlumatlılığı artırmaq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına səfər etdikləri zamanı müraciətlərinin düzgün istiqamətləndirilməsinin təmin edilməsidir.

Əsas hədəf qrupunun əcnəbilər olması nəzərə alınaraq tanıtım çarxı ingilis dilində hazırlanıb. Çarx həmçinin ölkəmizin turizm, investisiya imkanlarının təşviq edilməsi üzrə məlumatlandırmanın artırılmasına töhfə verir.

Video çarxın Azərbaycan dilində olan mətni ilə aşağıda tanış ola bilərsiniz: "Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan təkrarsız təbiətə, çoxəsrlik mədəniyyətə, qədim tarixə, sürətli sosial-iqtisadi inkişafa, müasir turizm imkanlarına sahib olan təhlükəsiz və tolerant ölkədir.

Tarixən etnik rəngarəngliyin qorunduğu Azərbaycan istirahət etmək, yaşamaq, işləmək və investisiyalar üçün əlverişli şəraitə və yüksək göstəricilərə malikdir. Hər il milyonlarla əcnəbi Azərbaycana səfər edir və mövcud imkanlardan bəhrələnir.

Bizdə Sizi bu gözəl diyara dəvət edirik və Sizin ölkəmizdə olma və yaşamanızla bağlı rahatlığınızın təmin edilməsi üçün xidmətinizdəyik.

Ölkəyə daxil olduğunuz andan Siz mövcud qaydalar barədə məlumatlandırılacaqsınız. Müvəqqəti olma müddətinizin artırılması, müvəqqəti, daimi yaşama istəyinizlə bağlı ölkə üzrə 30-dan çox xidmət bölməsi vasitəsilə Sizin müraciətlərinizi qəbul edirik və bu prosesdə rahatlığınızın təmin edilməsini diqqətdə saxlayırıq.

Azərbaycan əlverişli biznes mühitinə və geniş investisiya imkanlarına malikdir. Ölkəmizdə biznes qura, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərsiniz. Əmək fəaliyyəti ilə məşğul olmaq qərarına gəlsəniz Sizin üçün vacib olan iş icazələrini də biz veririk.

Bizim Çağrı Mərkəzimiz Sizin bütün zənglərinizi, suallarınızı, elektron sorğularınızı həftənin 7 günü, günün 24 saatı cavablandırmağa hazırdır.

 

Qabaqcıl elektron məlumat sistemlərimiz xidmətlərimizin elektron qaydada aparılmasını, eyni zamanda miqrasiya proseslərinin daha keyfiyyətlə tənzimlənməsini təmin edir.

Ola bilsin ki, siz Azərbaycanı yaxından tanıdıqdan sonra bu ölkəni sevəcək və burada daimi olaraq yaşamaq istəyəcəksiniz. Sizdə bu cür gözəl ölkənin vətəndaşı olmaq arzusu da yarana bilər. Bu halda müraciətlərinizə məmnuniyyətlə baxacağıq.

Bizim qanunsuz miqrantların, eləcə də sığınacaq axtaran şəxslərin yerləşdirilməsi üçün 2 müasir mərkəzimiz mövcuddur. Beynəlxalq standartlara tam cavab verən mərkəzlər xüsusi təlim keçmiş peşəkarlar tərəfindən idarə olunur.

Biz sizin ölkəmizdə daim rahat, məmnun və qanunvericiliyin tələblərinə uyğun yaşamanız üçün səy göstəririk.

Bəs biz kimik: Biz Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olaraq sizin tərəfdaşınızıq.

Bizi tapmaq çox asandır. Siz 3 dildə fəaliyyət göstərən rəsmi internet səhifəmiz (www.migration.gov.az), Çağrı Mərkəzimiz (012 919), həmçinin rəsmi facebook və tvitter hesablarımız vasitəsilə 3 dildə bizimlə əlaqə saxlaya bilərsiniz.

Azərbaycana xoş gəlmisiniz".

Gələcəkdə çarxın digər əcnəbi dillərdə olan versiyalarının hazırlanması nəzərdə tutulur.

 




скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Deportasiyadan Etnik Təmizləməyə  Gedən Yol” adlı sənədli filmin çəkilişlərinə başlanıldı
Cəsarətli və güclü vətənpərvər - Davud İmanov + FOTOLAR
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəlib
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
Rayon maşınlarının Bakıya girişi qadağan edilir
Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb
Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Bakıda su borusu partladı
Bakıda vəzifəli şəxsin avtomobili  yandı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.