А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü münasibətilə regional miqrasiya idarələrinin əməkdaşları təltif ediliblər

14.03.19 | Bölmə: Gündəm | Baxış: 8 | Yazar: Celilova |
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü münasibətilə regional miqrasiya idarələrinin əməkdaşları təltif ediliblər
 
 
 
 
 
 
 

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü ərəfəsində silsilə tədbirlər davam etdirilir. Melumat-merkezi.az xəbər verir ki, növbəti tədbir Dövlət Miqrasiya Xidməti rəisinin I müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyevin və Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevin iştirakı ilə DMX-nın Ağsu Regional Miqrasiya İdarəsinin konfrans zalında təşkil olunub.

Dövlət Miqrasiya Xidmətinin 7 – Xaçmaz, Ağsu, Şirvan, Yevlax, Gəncə, Şəki, Lənkəran Regional Miqrasiya İdarələrinin, o cümlədən Yevlax şəhər Qanunsuz miqrantların saxlanması mərkəzinin rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən Vəli Nağıyev DMX-nın yaradılmasının 12-ci il dönümü, miqrasiya orqanları işçilərinin peşə bayramı uzun əsrlərdən bəri milli birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi xalqımız tərəfindən böyük məhəbbətlə qarşılanan Novruz bayramı münasibətilə əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.

Xidmət rəisinin I müavini DMX-nın 12 il ərzində keçdiyi inkişaf yoluna nəzər salıb, əldə edilən nailliyyətləri diqqətə çatdırıb. Bildirib ki, ötən müddət Xidmətin kollektivi üçün əlamətdar olub. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradıldıqdan sonra ölkəmizdə təkmilmiqrasiya qanunvericilyi qəbul edilib vətəkmilləşdirilib, miqrasiya sahəsində müasir informasiya texnologiyalarına əsaslanan idarəetmə sistemi yaradılıb, xidmətin keyfiyyəti yüksəldilib, vətəndaş məmnunluğunun artırılılması istiqamətində kompleks tədbirlər görülüb.

Vəli Nağıyev söyləyib ki, Dövlət Miqrasiya Xidməti 12 il ərzində qarşıda duran vəzifələri uğurla icra edib. Xidmət rəisinin I müavini bundan sonra da Xidmət əməkdaşlarının öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, respublikada miqrasiya proseslərinin idarə olunması sahəsində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.

Sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 12-ci ildönümü münasibəti ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun imzaladığı əmrlər elan olunub. Əmrə əsasən davranışlarına və xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşdıqlarına görə bir sıra əməkdaşlar mükafatlandırılıblar.

Xidmətdə fərqlənmiş 11 əməkdaş fəxri fərman, 3 əməkdaş "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikası medalı ilə təltif olunub. 5 əməkdaşa vaxtından əvvəl xüsusi rütbələr verilib. 10 əməkdaşa isə təşəkkür elan edilib.

 


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi şəhid ailələrinə bayram sovqatı çatdırıb
“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb
Rusiyadan Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
“Kaspersky Lab”: Azərbaycan fişinq hücumlarının sayına görə 79-cu yerdədir
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər
Zakir Həsənovdan BAYRAM TƏBRİKİ
Məmmədyarov çilili həmkarı ilə görüşüb
Sürücülərin NƏZƏRİNƏ - Bu yol...
Sabahdan Novruz tətili başlayır
Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Bu gün Azərbaycanda İlaxır çərşənbədir
Prezident İlham Əliyev BƏƏ-nin nazirini qəbul edib
“ADA” Universiteti və “Coca-Cola” Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
Bakıda insanlar üçün ölüm təhlükəsi - FHN ƏMƏLİYYAT KEÇİRDİ
Azərbaycanda virtual valyuta fırıldağı
Bakının mərkəzində işıqforlarda yaranan problem HƏLL EDİLDİ
Hikmət Hacıyev: Azərbaycanın da səbrinin həddi var
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.