А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı - AÇIQLAMA

15.03.19 | Bölmə: Cəmiyyət | Baxış: 38 | Yazar: Celilova |
Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı - AÇIQLAMA
 
 
 
 
 
 

Səhiyyə Nazirliyi Şəki Mərkəzi Rayon Xəstəxanasının beş əməkdaşının işdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib. 

Qurumdan Oxu.Az-a verilən açıqlamada bildirilib ki, onlar işdən müğənni Afət Fərmanqızının mahnısını ifa etdiyi üçün çıxarılmayıblar. 

"Bu hadisə Şəki Mərkəzi Rayon Xəstəxanasında baş həkimlə işçilər arasında yaşanan məsələdir. Əgər işçilər hüquqlarının pozulduğunu düşünürsə, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər”.

Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Əmirov da yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Baş həkim saytımıza açıqlamasında işçilərin ayın 6-da öz ərizələri ilə işdən ayrıldıqlarını deyib:

"Onlar ayın 5-i bu videonu iş saatında cərrahi blokda çəkiblər. Videogörüntüləri özünüz də izləmisiniz. Tibb işçilərinə yaraşan hərəkət deyil. Onları heç kim təhqir etməyib, heç kim təzyiq göstərməyib. Onlar həkim deyil, iki tibb bacısı, üç xadimə olub.

Onları otağa çağırıb məsələyə aydınlıq gətirmələrini istəmişəm. Bildirdim ki, iş saatlarında bu kimi davranışa yol vermək olmaz. Onlar da özləri ərizə yazıb işdən çıxdılar. İndi efirlərə yazırlar, hərəkətlərindən peşman olublar. Bu, sadəcə, məlum hadisəyə ictimai qınaqdır”.

Baş həkim həmin işçilərin yenidən işə qaytarılması ehtimalının olub-olmamasına da aydınlıq gətirib. O bildirib ki, bu, mümkün deyil

Məsələnin hüquqi tərəflərini saytımıza şərh edən hüquqşünas Günel Səfərova bildirib ki, Əmək Qanunvericiliyinə görə, məlum videoda heç bir huquq pozuntusu yoxdur:

"Əmək Qanunvericiliyində işçinin könüllü şəkildə işdən çıxmasına dair maddə var. Bu maddə hazırda əksər iş yerlərində yaxşı şəkildə istifadə edilir. Çünki könüllü deyil, işə götürən tərəfindən işdən çıxarılan şəxsin məhkəməyə və aidiyyəti orqanlara müraciət etmək hüququ yaranır.

Hazırda onların məhkəməyə müraciət etmək hüququ və məsələni aydınlaşdırmaq haqları var. Ancaq burada bir məsələ var. Həkimlərin, eləcə də, müəllimlərin xüsusi davranış, etik kodeksləri var. Videonun hansı məkanda çəkildiyini dəqiq bilmək olmur.

Arxada xəstələr yoxdur. Bu, sadəcə, əyləncə xarakterli video olub. Qanunla burada heç bir pozuntu yoxdur. Yaxşı olardı ki, insanların sağlamlığına ziyan vuran həkimlərə bu cür sərt cəzalar tətbiq edilsin, nəinki bu kimi hallara”.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Bakıda su borusu partladı
Bakıda vəzifəli şəxsin avtomobili  yandı
Türkiyə İmamoğluna görə Avropa İttifaqına üzv ola bilməyəcək
Elmar Məmmədyarov Fransaya getdi
Bu günə qədər problemli kreditlərə nə qədər pul ayrılıb?
İlanlarla bağlı əhaliyə xəbərdarlıq
Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır
Mərkəzi Bank Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi barədə
Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatası sədrini qəbul edib
Orxan Məmmədov: KOBİA Azərbaycanda nümayəndəliklər şəbəkəsini genişləndirəcək
Məşhur “Pokemon. Detektiv Pikaçu” animesi premyeradan 3 gün öncə“CinemaPlus”da nümayiş olunub
AtaBank-ın plastik kart müştərilərinə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.