А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycan İranla iki yeni zavod açacaq

15.03.19 | Bölmə: İqtisadiyyat | Baxış: 40 | Yazar: Celilova |
Azərbaycan İranla iki yeni zavod açacaq
 
 
 
 
 

Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının XIII iclasının nəticəsi olaraq anlaşma memorandumları imzalanıb. Azərbaycanda minik avtomobilləri üçün ehtiyat hissələrinin və avtobusların istehsalının təşkilini nəzərdə tutan iki yeni Azərbaycan-İran birgə layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. 

Avtobus zavodu Hacıqabul Sənaye Məhəlləsində tikiləcək və 2020-ci ilin sonunadək istismara verilməsi gözlənilir. Birinci mərhələdə ildə 500 ədəd avtobusun istehsal edilməsi planlaşdırılır.

Layihəyə 11 mln. manat (6,47 mln.dollar) sərmayə qoyulacaq və "Azərmaş”ın layihədəki payı 25%-dir. Avtobusların qiyməti isə yerli istehsal olduğu üçün daha ucuz başa gələcək, eyni zamanda, qonşu ölkələrə də ixrac edilməsi nəzərdə tutulur. 

 

Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələrinin istehsalı layihəsinin maliyyə dəyəri yeddi milyon manatdır. Burada 70-ə yaxın insan işlə təmin olunacaq.

"Azərmaş”ın ehtiyat hissələri layihəsindəki payı isə 50 faizdir. 

İclasda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, İran investorları tərəfindən Azərbaycana 3,4 mlrd. dollardan artıq sərmayə qoyulub, 2018-ci ildə ticarət dövriyyəsi 74% artıb. 

Ş.Mustafayev əlavə edib ki, hazırda Astara sərhəd-keçid buraxılış məntəqələri ərazisində Astara çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında saziş müzakirə mərhələsindədir. 

Nazir bildirib ki, Azərbaycan, İran və Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirmək məqsədi daşıyır.   

İclasın sonunda hər iki tərəfin nümayəndələrinin iştirakı ilə iqtisadi əlaqələr müzakirə olunub. Sonra Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanıb. 

Sənədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imza atıblar. 


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Bakıda su borusu partladı
Bakıda vəzifəli şəxsin avtomobili  yandı
Türkiyə İmamoğluna görə Avropa İttifaqına üzv ola bilməyəcək
Elmar Məmmədyarov Fransaya getdi
Bu günə qədər problemli kreditlərə nə qədər pul ayrılıb?
İlanlarla bağlı əhaliyə xəbərdarlıq
Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır
Mərkəzi Bank Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi barədə
Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatası sədrini qəbul edib
Orxan Məmmədov: KOBİA Azərbaycanda nümayəndəliklər şəbəkəsini genişləndirəcək
Məşhur “Pokemon. Detektiv Pikaçu” animesi premyeradan 3 gün öncə“CinemaPlus”da nümayiş olunub
AtaBank-ın plastik kart müştərilərinə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.