А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Novruz Məmmədov parlamentdə ilk hesabatını verir

15.03.19 | Bölmə: Siyasət | Baxış: 36 | Yazar: Celilova |
Novruz Məmmədov parlamentdə ilk hesabatını verir
 
 
 
 
 
 
 

Bu gün hökumətin (Nazirlər Kabinetinin) parlamentdə növbəti hesabatı dinləniləcək.

Melumat-merkezi.az xəbər verir ki, növbəti illik hesabatla hökumət adından baş nazir Novruz Məmmədov çıxış edəcək.

Qeyd edək ki, bu, baş nazir kimi N.Məmmədovun parlament qarşısında ilk hesabatıdır.

Belə ki, 11 aprel 2018-ci il tarixli prezident seçkilərindən cəmi 10 gün sonra - aprel ayının 21-də parlamentin xüsusi iclasında prezident İlham Əliyevin təqdimatı ilə N.Məmmədovun baş nazir vəzifəsinə namizədliyinin təsdiqlənməsi məsələsinə baxılmış və onun namizədliyi millət vəkilləri tərəfindən razılıqla qarşılanaraq təsdiqlənmişdi.

Ölkə prezidentinin həmin gün və 23 aprel tarixli sərəncamları ilə N.Məmmədovun rəhbərliyi altında hökumətin yeni tərkibi formalaşdırılaraq başa çatdırılmışdı.

Qeyd edək ki, yeni hökumət üzvləri arasında bir neçə sabiq millət vəkili də var.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Oxu.Az-a qısa açıqlamasında hökumətin hesabatını və baş nazirin fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib.

O qeyd edib ki, xüsusilə, sosial müdafiə sistemində ötən ilin yekunları ilə bağlı büdcənin bütöv təsnifatını - oradakı bütün məqamları müsbət qiymətləndirir.

Onun sözlərinə görə, eyni zamanda, 2019-cu il üçün büdcə müzakirəsi aparılanda həm komitə, həm də plenar iclasda deputatlar hökumətin bir sıra məsələlərə diqqətini cəlb edib.

"Həmin məsələlərin bəziləri ölkə prezidenti tərəfindən həll olundu. O da sosial müdafiə sahəsi ilə bağlı atılan addımlardır. Bəli, baş nazir Novruz Məmmədov ilk dəfə Milli Məclisdə hesabat verəcək. Novruz Məmmədov baş nazir statusu çərçivəsində addımlar atır, cənab prezidentimizin sosial müdafiə sistemi istiqamətində etdiyi islahatların icrası ilə məşğuldur.

O, icraçı olaraq, ölkə prezidentinin tapşırıqlarını yerinə yetirir. Eyni zamanda, bəzi problemlər də mövcuddur. Hökumət, iş olan yerdə problemlər də var. O problemlərin də aradan qaldırılması üçün vaxtaşırı işlər görülür”, - deyə, H.Rəcəbli sözlərinə əlavə edib.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Bakıda su borusu partladı
Bakıda vəzifəli şəxsin avtomobili  yandı
Türkiyə İmamoğluna görə Avropa İttifaqına üzv ola bilməyəcək
Elmar Məmmədyarov Fransaya getdi
Bu günə qədər problemli kreditlərə nə qədər pul ayrılıb?
İlanlarla bağlı əhaliyə xəbərdarlıq
Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır
Mərkəzi Bank Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi barədə
Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatası sədrini qəbul edib
Orxan Məmmədov: KOBİA Azərbaycanda nümayəndəliklər şəbəkəsini genişləndirəcək
Məşhur “Pokemon. Detektiv Pikaçu” animesi premyeradan 3 gün öncə“CinemaPlus”da nümayiş olunub
AtaBank-ın plastik kart müştərilərinə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.